Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-02-2016 11:31 | Bölmə: Gündəm / Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
Reyting.az xəbər verir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin edilib.
7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir:
Namiq Süleymanov – Nazirliyin aparatının rəhbəri;
Xalıq Rəhmanov – Hüquq şöbəsinin müdiri;
Mərdan Mərdanov – İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri;
Vüqar Məcidli – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri;
Lalə Həsənova - Ümumi şöbənin müdiri;
Fikrət Şirinov – Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən.
Apellyasiya Şurası Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər