Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-01-2017 13:48 | Bölmə: Gündəm

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi yayımlanıb. Dövlət başçısı məqaləsində qeyd edir ki, Azərbaycanın bugünkü uğurları son illər hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.
Müəllif qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi siyasəti üçün prioritet, qeyri-neft sektorunun inkişaf etdiyi bir vaxtda iqtisadiyyatın daha da şaxələndirilməsidir:
"Bizim nailiyyətlərimiz hiss olunan və görünəndir, amma biz də problemlərlə üzləşirik.Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, gəlirləri azalıb və ötən il ərzində milli valyutanın 10.1% devalvasiyasına gətirib çıxarıb. Buna baxmayaraq, biz uğurla müvafiq tədbirlər həyata keçirərək bu problemləri aradan qaldırırıq”.
İ.Əliyev yazıb ki, daha davamlı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi qəbul olunub;
kompleks struktur, institusional, valyuta, maliyyə və digər islahatlar davam etdirilir;
vergi və gömrük idarəetməsi yaxşılaşıb və bütün sahələrdə şəffaflıq təmin olunur.
Məsələn, ötən ilin 10 ayı ərzində ticari dövriyyənin azalmasına baxmayaraq, gömrük yığımları 53 faiz artıb.
Prezident qeyd edib ki, Azərbaycanın gücü təkcə onun iqtisadiyyatında deyil:
"Azərbaycan çoxmillətli ölkədir. Müxtəlif etnik qrup və konfessiyaların nümayəndələri burada əsrlər boyu sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıb.
Mən əminəm ki, 2017 Azərbaycan üçün iqtisadi inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatlar həyata keçirməyi davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslər üçün xərcləri artıracağıq.
İqtisadiyyatımızın şaxələndirilməsi, demək olar ki, başa çatıb. Hazırda bizim ümumdaxili məhsulun 70% -i qeyri-neft sənayesindən gəlir. Əsas hədəfimiz bu gün ixracın şaxələndirilməsidir. 2016-cı ildə görülən tədbirlər bu məqsədin həyata keçirilməsinə gətirib çıxaracaq. Artıq Azərbaycan Dünya İqtisadi Forumun Qlobal Rəqabət İndeksində 37-ci yerdədir və biz bu uğurları möhkəmləndirmək əzmindəyik”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər