15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Akademik Ramiz Mehdiyevə sadə suallar – Professor yazır
Tarix: 04-09-2020 15:19 | Bölmə: Gündəm

Çingiz Abdullayev
Son günlər Sizin imzanızla işıq üzü görən yazılar cəmiyyətdə geniş müzakirə olunur. 28.08.2020-ci ildə müxtəlif saytlarda və sosial şəbəkələrdə tirajlanan müraciət- məqaləniz diqqətimi çəkdi. Çünki orada toxunduğunuz bəzi sahələrlə uzun illərdir elmi cəhətdən məşğul olur, araşdırmalarımın nəticələrini həm ölkəmizdə, həm də xaricdə nüfuzlu nəşrlərdə dərc etdirirəm. Məhz ona görə də məqalənizi diqqətlə oxuyub sahəmə uyğun məqamları təhlil edərək Sizə suallar ünvanlamağı qərara aldım.
Məqalənin ümumi konteksindən anladım ki, Siz bütün zamanlarda olduğu kimi indi də Azərbaycanın ictimai-siyasi həyatında baş verən gedişatdan əhatəli xəbərdarsınız. İndi vətənpərvərlik ruhunda yazdığınız məqalə yəqin çoxlarına inandırıcı görünmür. Amma necə deyərlər, yenə də olsun...
Əgər bu hisslər Sizdə həqiqətən də indi baş qaldırıbsa bəlkə bundan sonra öz qələminizdən çıxan yazıları “qara dəftər”ə yox, həqiqətə tərəf ünvanlayasınız. Yəqin “qara dəftər” ifadəsini oxuyan kimi diksinib bir qədər fikrə gedəcəksiniz. Əgər cavabı əlüstü tapmaq fürsətiniz olmasa uzun illər boyu bütün əmrlərinizə müntəzir olan Fatma Abdullazadə və Əli Həsənovdan da soruşa bilərsiniz.
Bəzən ictimaiyyətdə belə fikirlər səslənirdi ki, xalqın istəyi, ictimaiyyəti narahat edən məsələlər, ümummilli maraqlar üzərində qurulan təkliflər Prezident Administrasiyasına çatdırılmır, yoxsa vaxtında tədbir görülərdi. Ancaq məqalədən tam aydın oldu ki, Sizin Almaniyadakı Azərbaycan səfirliyində baş verən dəhşətli hadisələrdən, ümumiyyətlə Diasporla İş üzrə Dövlət Komitəsinin və Multikulturalizm Mərkəzinin yarıtmaz fəaliyyətindən tam xəbəriniz olub.
2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində yeni rəhbərliyin təyinatı zamanı Sizin mətbuata verdiyiniz açıqlamada qurumun işinə tənqidi yanaşmanız vəziyyətin həddindən artıq bərbad olmasından xəbər verirdi.
O illər ərzində Sizə ünvanladığım məktublar, diasporanın havadarı Əli Həsənova bildirdiyim etiraz və on altı il ərzində mətbuatdakı silsilə müsahibələrimdən xəbərdar deyildinizmi?
2006-cı ildə Almaniyanın dünyaca məşhur “Spiegel” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyində viza-sənəd qalmaqalı barədə yazılan tənqidi məqaləyə əsasən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığım məktubun cavabsız qalması isə nazirin səriştəsizliyindən xəbər verirdi. Bəs həmin illərdə Siz hara baxırdınız?

R. Mehdiyev
Prezident Administrasiyasında yaratdığınız multikulturalizm şöbəsi əslində daha çox fəlsəfə və nəşriyyat şöbəsinə bənzəyirdi ki, nəticədə Varşavada keçirilən boş konfrans otağında edilən çıxışlar rüsvayçılıqla nəticələndi. Ölkədə ictimai-siyasi vəziyyəti nəzərə alaraq xalqın düşüncə tərzinə media vasitəsi ilə vurduğunuz zərbələrə nə deyirsiniz? Sizin nəzarətinizlə ölkə mediası siyasi cəhətdən tamam asılı, iqtisadi baxımdan isə kasıb, ələbaxımlı bir təsisata çevrildi. Rəzil günə saldığınız mətbuat və televiziyadan bu gün sanballı yazılar və verilişlər tələb etmənizə nə ad verək?
Diasporanı siyasi platformaya sürükləyərək müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnən soydaşlarımızı vətənpərvərlik ruhundan yayındıraraq iqtidar və müxalifətə bölmənizə bəraət qazandırmaq olarmı?
Elmi təfəkkürlü, ləyaqətli yaradıcı insanların ölkədən didərgin salmağınıza, onları müxtəlif sovet üsulu ilə hədələməyinizə Sizcə nə ad verək?
Alman-Azərbaycan Cəmiyyətinin uğurlu layihələrindən, əsasən də Almaniya mətbuatında Azərbaycan adına obyektiv, rəngarəng məqalələrdən xəbərsiz idinizmi? Yoxsa Almaniyada bu Cəmiyyətin keçirdiyi tədbirlərdə sadəcə, iştirak edən və şəkil çəkdirən əlaltılarınıza orden, medal verməklə məndən vətənpərvərliyimə görə heyf çıxırdınız? Sadəcə, potensialımdan çəkinərək öz ətrafınızda daha çox gerizəkalı insanların toplanmasına üstünlük verməklə mənim kimi Vətənə faydalı olacaq ictimai xadimləri kölgədə saxlamağa çalışırdınız.
2005-ci ildə parlament, 2017-ci ildə isə AMEA-nın müxbir üzvlüyünə seçkilər zamanı şansımın yüksək olmasından narahatlıq keçirərək vəzifə başında olan əlaltılarınız vasitəsi ilə seçimimə əngəl törətməyi ustalıqla bacarmışdınız. Bu gün isə həmin oyunlarınızı yada salmaq belə istəmir, müqəddəs dini kitabımızdan tez-tez sitatlar gətirir, şəffaflıqdan, ədalətdən yazırsınız, özü də geninə-boluna. Bunun bir izahı varmı? Multikulturalizm sahəsində yeganə professor olduğuma qisqanaraq 2016-cı ildə məni hətta Bakı Slavyan Universitetindən uzaqlaşdıran Sizin hər an əmrinizə müntəzir əlaltılarınız deyildimi?
Əslində məqalənin ümumi müstəvidən şəxsi müstəviyə keçirməkdə məqsədim yüzlərlə ləyaqətli elm, mədəniyyət və ictimai xadimlərin başına gətirdiyiniz oxşar cəhətləri nümunə göstərmək idi. Siz o zaman ədalətli cəmiyyətin qurulmasına nail ola bilsəydiniz, indi teatr səhnəsi üçün axtarılan saxta siyasi qəhrəmana çevrilməzdiniz.
Mubarizənizi düşdüyünüz vəziyyətə uyğun sadə insanlara güvənərək “qayğıkeşlik” prizmasında davam etdirə bilərsiniz, amma öncə az qala zorla əyləşdiyiniz kürsünü könüllü tərk edin. Bu addımınızla minlərlə ləyaqətli, fədakar elm xadimlərini sevindirərdiniz. Daxilinizi yeyən mübarizə Sizi tez-tez saxta vətənpərvərlik ruhunda Qarabağ problemindən, sadə insanların taleyindən, mediadakı səviyyədən, diasporadakı biabırçılıqdan və Sizə aidiyyəti olmayan alimlərə münasibətdən hiss olunur ki, ahıl yaşınızda bu istəklər təsəlli tapmaqla bağlıdır.
Axırda tanınmış jurnalist Əvəz Zeynallı demişkən, Sizə uzun ömür arzulayaq ki, cəmiyyətin başına açdıqlarınız bumeranq effektilə Sizə də tuş gəlsin. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə demişkən, axı dünya fırlanır...
Yeri gəlmişkən, yuxarıda xatırlatdığım məqalənizdə qurucu babalarımızdan, müqəddəs kitab və ədəbiyyat nümunələrindən sitat gətirməyiniz isə sovet siyasi düşüncənizə uyğun gəlmədiyindən süni qəbul olunur. Odur ki, sovetlər dönəmində çəkilmiş iki məşhur filmdəki maraqlı məqamlara toxunmaqla fikrimi yekunlaşdırmaq istərdim. Fikrimcə, bu Sizin üçün daha rahat ola bilər.
“Baharın on yeddi anı” bədii filmindəki hətta mənfi obraz Müller belə daim satqın və ikiüzlü şəxsləri cəzalandırırdı. Siz isə idarəçilik dövrünüzdə tez-tez əqidəsini dəyişən buqələmun xislətli və ikiüzlü adamlara vəzifə, müxtəlif statuslar verərək onları cəmiyyətə təmiz və qəhrəman obrazı ilə sırımaq istəyirdiniz. Çünki Siz və əlaltılarınız bizim bilik və bacarığımıza bələd olduğunuz üçün sovet siyasi fəlsəfəsinə uyğun olaraq “qovalayın ki, onlar göz önündə vəzifə başında olmasınlar”,- şüarı ilə yaşayırdınız. Sizin “Özüm bacarmıram başqasını da qoymaram”,- prinsipinə söykənən kadr siyasəti ümumilikdə idarəçilik mədəniyyətinə vurulan ən ağır zərbə oldu.
Sonda “Axırıncı aşırım” filmində Kərbəlayinin sovet şineli geymiş Naxırçı İmana obrazlı desək söylədiklərini xatırlatmaq istəyirəm:
Vəzifənizdən, inzibatı resurslardan istifadə edib çox evlər yıxmısınız, xalqımızın dəyərli alimlərinə, ziyalılarına divan tutmusunuz, çox oyunlar çıxartmısınız. Ancaq mənlik və kişiliyimizi sındıra bilməmisiniz. Onlardan biri də Sizə layiqli cavab verən bəndənizdir.
Son günlər yaman məhsuldar yazırsınız. Əvvəllər sovet fəlsəfəsindən, elmi ateizimdən yazırdınız, amma indi qatı dindar kimi çıxış edirsiniz. Mənim sadə suallarıma da cavab tapa bilsəniz yaxşı olar...
Çingiz Abdullayev,
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək