Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 31-01-2017 12:34 | Bölmə: Gündəm
Nazirlər Kabineti "Patent müvəkkilləri haqqında Əsasnamə”də
dəyişikliklər edib.
Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, dəyişiklik patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması ilə bağlıdır.
Qüvvədə olan Əsasnaməyə əsasən patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd, iki il iş stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkillərinin müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumu ödənilməsini təsdiqləyən sənəd əlavə olunur.
İndiyə qədər attestasiya komissiyasının tərkibi ilə bərabər aparılma qaydası da SMPDK tərəfindən müəyyən edilib. Dəyişikliyə əsasən, SMPDK-nin attestasiyanın aparılma qaydasını müəyyən etmək səlahiyyəti ləğv olunub. Bundan sonra namizəd üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və bu barədə məlumat vermədikdə, attestasiyadan keçməmiş hesab ediləcək. Namizəd üzrlü səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiya komissiyası tərəfindən attestasiyanın keçirilməsi üçün yeni vaxt təyin ediləcək və namizədə məlumat veriləcək. Attestasiya zamanı şəxsə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və qeyd olunan obyektlərə dair hüquqların mühafizəsinin İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair suallar veriləcək. Verilmiş suallar və namizədin cavabları attestasiya vərəqəsində yazılacaq. Attestasiyanın aparılması zamanı namizədin etirazı olmadığı halda videoçəkiliş aparılacaq.
Əsasnaməyə əsasən attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunub. Səsvermənin nəticələrinə dair qərar isə Attestasiya Komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Dəyişikliyə əsasən səsvermənin keçirilmə proseduru müəyyənləşib. Səsvermə namizədin iştirakı olmadan keçiriləcək və nəticələr protokolla rəsmiləşdiriləcək. Attestasiya Komissiyasının sədri tərəfindən imzalanan attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildiriş səsvermədən sonra dərhal namizədə təqdim olunacaq. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildirişi aldığı vaxtdan 30 gün müddətində SMPDK-nın Apellyasiya Şurasına yazılı formada etirazını təqdim edə bilər.
İndiyə qədər attestasiyadan keçən fiziki şəxs, Attestasiya Komissiyasının qərarına əsasən, qərarın verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınır və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona şəhadətnamə verilib. Dəyişikliyə əsasən bundan sonra attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 ay müddətində "Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədləri SMPDK-ya təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər SMPDK-ya təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab olunur. Dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınacaq və şəhadətnamə veriləcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər