15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vətəndaşlar Prezidentə yazırlar: "Sizin rəhbərliyinizlə şanlı Ordumuz zəfər çalacaq"
Tarix: 29-09-2020 17:23 | Bölmə: Gündəm

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyiqələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
Reyting.az xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.
İsmayıllı rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından polkovnik Əlaləm Babayev bildirib: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir”.
Bakı şəhərindən Arif Əliyev Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə dəstəklədiyini qeyd edib: “Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır. Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Azərbaycan Ordusunun yanındadır və biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik”.
Şirvan şəhərindən İbadova Leyla Vəli qızı məktubunda qeyd edib ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz:
“Hörmətli cənab Prezident, Ali Baş Komandan! Mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm. Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz. Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərininin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb.İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək. Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır”.
Saatlı şəhərindən Əhədova Sevinc Ağamalı qızı məktubunda qeyd edib:
“Hörmətli cənab Prezident! Siz zamanın sınağından ləyaqətlə çıxmış bir Lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm”.
Xətai rayonundan Hasanova Aysel Taryel qızı məktubunda Ali Baş komandana güvəndiyini və arxalandığını vurğulayıb:
“Cənab Prezident! Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq! Allah sizə və Vətənimizə kömək olsun”.
Binəqədi rayonundan Babayeva Xuraman Hüseyn qızı, Məmmədova Esmira Əlişirin qızı, İsayeva Maya İkram qızı, Nağıyev Namiq Fərhad oğlu məktubunda qeyd edib:
“Hörmətli cənab Prezident! Biz Sizinlə, ordumuzun şanlı qələbə əzmi ilə qürur duyuruq. İşğalçı düşmənə qarşı apardığınız düzgün siyasəti dəstəkləyir, Sizin arxanızda olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə ordumuz uğurlu əməliyyatlarla xalqımızı sevindirdi. Bir neçə kəndin azad olunması xəbəri yeni qələbələrin carçısıdır. Sizin kimi Prezidentlə fəxr edirik. Qələbə bizimlədir.
Yevlax şəhərindən Osman Xəlilov bildirib ki, Vətənimizin uğrunda döyüşməyə hər an hazırdır:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qarabağın azad oluması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxtlarda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıdacağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğrunda döyüşməyə hər an hazırıq, hörmətli cənab Prezident. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Allah Sizi və əsgərlərimizi qorusun”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək