Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-02-2017 15:40 | Bölmə: Gündəm
Azərbaycan prezidenti İlham Əliyev İran İslam
Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanla İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı hüquq-mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri M.Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib. Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlət başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Təxminən 23 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan İranın ədliyyə naziri ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib. Azərbaycanda gedən bu inkişafın bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan M. Purməhəmmədi bildirib ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi işinə də böyük önəm verib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər