Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-02-2016 13:10 | Bölmə: Gündəm / Xəbərlər

"Son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikinti olub.Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir”.
Reyting.az Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib. K.Heydərov bildirib ki, statistik rəqəmlərə baxsaq dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investorların qoyduğu investisiyalar hesabına Bakı və digər şəhərlər gözəlləşib.
Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu: "Möhtərəm Prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb. Sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. O cümlədən, lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək".
Nazir gələcəkdə tikinti sahəsində İctimai Şuraların yaradılmasının vacibliyini də vurğulayıb.
Nazir həmçinin deyib ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir: "Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".
K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib. Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.
K.Heydərov bildirib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.
Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər