15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezidentə yazırlar: “İşiniz haqq işidir, zəfər Sizin olacaqdır”
Tarix: 13-10-2020 17:50 | Bölmə: Gündəm

Həm ölkənin, həm də dünyanın müxtəlif nöqtələrindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar göndərilir.
Reyting.az məktublardan bir neçəsini təqdim edir:
Hasan Demirtaşdan, Antalya, Türkiyə
“Hörmətli cənab Prezident.
Vəzifəmin icrası ilə əlaqədar 3 il Azərbaycanda yaşamışam. İki qardaş ölkənin iqtisadiyyatı, məhsulu və xidmət keyfiyyətinin digər ölkələrlə rəqabət etməsi və üstün olması üçün çox çalışdım. Bu müddət ərzində Azərbaycanla bağlı çoxlu xoş xatirələrim var, eyni zamanda, sadiq dostlar da qazandım.
Bu gün biz işğalçı Ermənistanla haqlı müharibədə Sizin və bütün Azərbaycan xalqının yanındayıq. Lazım gələrsə verəcəyiniz hər bir tapşırığa da hazır olduğumu bildirirəm.
Arzum Azərbaycana növbəti səfərimdə Qarabağda dalğalanan üçrəngli şanlı bayrağımızın kölgəsi altında durmaqdır.
Sizə, komandanıza, Azərbaycanın igid əsgərinə və bütün azərbaycanlı qardaşlarıma ehtiramımı bildirirəm”.
Birol Özerdən, Kocaeli, Türkiyə
“Hörmətli rəhbərimiz İlham Əliyev.
Mən Türkiyədə, Kocaeli şəhərində yaşayıram. Burak adlı bir oğlum var. Mən və oğlum hər zaman erməni işğalına qarşı Sizin və bütün Azərbaycanın yanındayıq.
Azərbaycan dost və qardaş ölkədir. Biz iki dövlət, bir millətik. Sizin dostunuz bizim dostumuz, düşməniniz düşmənimizdir. Buna görə Sizin sıralarda olmaq bizim üçün şərəfdir. Bizlər üçün şəhadət ən böyük mükafatdır.
Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanmaq üçün Sizin əmrinizi gözləyirik.
Allaha əmanət olun. Rəbbimiz yar və yardımçınız olsun!”
Seymur Nəsirovdan, Qahirə, Misir
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. İşğalçı Ermənistana qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəklədiyimizi bildiririk.
Biz harada yaşamağımızdan asılı olmayaraq hər zaman Vətənə bağlıyıq, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızda baş verən hadisələri diqqətlə izləyirik. Bir vətəndaş kimi bütün qüvvələrimizi səfərbər etmişik. İnformasiya müharibəsində aktiv iştirak edərək. Misir ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması istiqamətində səylərimizi əsirgəmirik. Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hər an hazırıq. Sizin və şanlı ordumuzun yanındayıq.
İnanırıq ki, Sizin komandanlığınız altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır. Bu şanlı yolda Uca Allah yardımçınız olsun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Misir Ərəb Respublikasında yaşayan azərbaycanlılar adından dərin hörmətlə”.
Eyhəm Əbu Annəb və başqalarından, Əmman, İordaniya
“Möhtərəm cənab Prezident.
Biz “İordaniya Azərbaycan Məzunları Klubu”nun İdarə heyətinin üzvləri olaraq, Zati-alilərinizi salamlamaqdan, Sizə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı arzulamaqdan şərəf hissi duyuruq. Eyni zamanda, Zati-aliləriniz vasitəsilə böyük Azərbaycan xalqına daha çox sabitlik, tərəqqi və firavanlıq diləməkdən sevinc hissi keçiririk.
Hazırkı məktub haqq işinizə inamımızdan irəli gəlir. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şübhəsiz ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal etmiş və bununla da beynəlxalq hüququn prinsip və normalarını pozmuş və BMT-nin 822, 853, 874 və 884 saylı qərarlarına məhəl qoymamağa davam etməkdədir. Beynəlxalq birlik həmin qərarlar vasitəsilə işğalçı qüvvələrin işğal olunmuş bütün Azərbaycan torpaqlarından tam çıxmasını tələb edir.
Biz Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyimizi Zati-alilərinizə təsdiqləmək istəyirik. Bizim üçün əziz və dəyərli Azərbaycan Respublikasının Sizin müdrik rəhbərliyiniz altında 30 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirdiyini görürük. Lakin hazırkı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv və sülh əleyhinə mövqeyi danışıqları istənilən nəticəyə gətirib çıxarmamışdır.
Zati-aliləri, biz çox yaxşı bilirik ki, erməni işğalçı və təcavüzkarları işğal olunmuş Azərbaycan ərazilərində mövcud infrastruktura böyük zərər yetirmiş, Xocalı soyqırımı kimi qətliam törətmiş, Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtmış və oradakı məscidləri donuz və mal-qara tövlələrinə çevirmişlər. Bu da bütün islam dünyası üçün təhqirdir.
Yekunda cəsarətli Azərbaycan Silahlı Qüvvələrinin Sizin rəhbərliyiniz altında və Sizin əzmkarlığınızdan ilham alaraq, Cənubi Qafqaz regionunda sülh naminə işğal olunmuş Azərbaycan torpaqlarını və oradakı insanları azad etmək, eləcə də ölkənin beynəlxalq tanınmış sərhədləri daxilində əmin-amanlıq və sabitlik yaratmaq kimi müqəddəs vəzifəni yerinə yetirməkdə uğur qazanacağına əminliyimizi ifadə edirik.
Zati-aliləri, Sizin işiniz haqq işidir, İnşallah, zəfər Sizin olacaqdır. Uca və Qüdrətli Allahdan Zati-alilərinizi, Azərbaycan Respublikasını və qardaş Azərbaycan xalqını qorumağı rica edirik”.
Zakir Cabbarovdan, Odessa, Ukrayna

Sizin Azərbaycan üçün etdikləriniz sayəsində xalqımız bütün dünyada başını uca tutur. Allah da daim Sizi uca etsin.
Siz gecə-gündüz xalqa xidmət edirsiniz. Gün o gün olsun ki, Sizi Kəlbəcərdə öz evimizdə qonaq edək. Heç olmasa, biz də bir günlük Sizin qulluğunuzda duraq.
Bütün işlərinizdə Allah Sizin köməyiniz olsun.
Allah Sizi qorusun, İnşallah”.
Nicat Rüstəmovdan, İmişli, Azərbaycan
“Cənab Ali Baş Komandanımız.
Mənim yaşım az olduğuna görə hələlik cəbhəyə yollana bilmirəm. Amma bütün qərarlarınızı ürəkdən dəstəkləyirəm.
Əminəm ki, tezliklə işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək, həmçinin Azərbaycanın siyasi mövqeyini möhkəmləndirəcəksiniz.
Mən də Sizə söz verirəm ki, igid əsgər kimi daim Vətənimi şərəflə qoruyacaq, onun adını uca tutmaq üçün layiqli, savadlı övlad olacağam”.
Xəlil İsgəndərovdan, Şəmkir, Azərbaycan
“Əziz və hörmətli Prezidentimiz.
Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layiqli yer tutmuşdur.
Mən onu deyə bilərəm ki, Azərbaycan Respublikası heç vaxt indiki kimi güclü olmamışdır. İndi bizim güclü ordumuz və müasir silahlarımız var, həmin ordunun gücü ilə erməni təcavüzkarları tərəfindən işğal edilmiş torpaqlarımızı azad edə bilərik. Sizin göstərişinizlə biz Azərbaycan xalqı olaraq hər zaman hər şeyə hazırıq. Mən Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirəm, qələbə bizimlədir.
Arzu edirəm ki, müharibə tezliklə qurtarsın, köçkünlərimiz doğma yurd-yuvalarına qayıtsın. Xalq Sizi “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görür. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.
Allah Sizi, əsgərlərimizi və Azərbaycan xalqını qorusun.
Vətən uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz və ordumuzun igid, cəsur əsgərləri var. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, qisası alınacaq!
Bu şüar daim səslənəcək: İlhamla daim irəli! Qarabağ Azərbaycandır!”
Könül Qasımovadan, Şəki, Azərbaycan
“Hörmətli cənab Prezident.
Son zamanlar qazandığımız bütün uğurlu əməliyyatlara, aldığımız bütün şad xəbərlərə görə Sizə və güclü, rəşadətli ordumuza təşəkkür edirəm və bu haqq yolunda daha böyük uğurlar arzulayıram. Biz həmişə Sizin arxanızdayıq, Sizinləyik. İnanırıq ki, Azərbaycan Ordusu tezliklə böyük zəfər çalacaq”.
Tahir Gülnəzərovdan, Salyan, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Çoxdan bəri gözlədiyimiz “İrəli!” əmrini verdiyiniz üçün Sizə minnətdarıq. Çünki bu əmrə əsasən düşmən təxribatına layiqli cavabı verilir. Torpaqlarımız işğaldan tədricən azad olunur. Bu savaş naminə hər birimiz müsəlləh əsgər kimi Sizin əmrinizə müntəzirik.
Biz Ordumuzla fəxr edirik və inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımız işğaldan tezliklə azad ediləcək.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!”
Əliağa Yunusovdan, Salyan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Artıq 30 ildir ki, xalqımızın gözlədiyi gün Sizin qətiyyətli mövqeyiniz, siyasi bacarığınız və cəsarətli addımlarınız hesabına gəlib çatmışdır.
Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunun formalaşmasını və nüfuzunun artmasını təmin etmişdir.
Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsinin kollektivi Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-hücum əməliyyatını dəstəkləyir, Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi biz də sevinc və qürur hissi ilə alqışlayır.
Yaşasın Ali Baş Komandanımız və rəşadətli Ordumuz!”
Vələd Məmmədovdan, Qazax, Azərbaycan

Sizi öz adımdan, Qarabağ döyüşlərində iştirak etmiş veteranlar adından, çalışdığım Qazax rayon Suvarma Sistemlərinin çoxsaylı işçiləri adından, yaşadığım Kosalar kəndinin ağsaqqalları adından salamlayır, Sizə uzun ömür, cansağlığı və bu böyük, şərəfli işinizdə nailiyyətlər arzulayırıq. Allah Sizə yar olsun.
Biz Sizin haqq işinizi həmişə dəstəkləyir və bəyənirik. Apardığınız daxili və xarici siyasəti ürəkdən alqışlayırıq. Yaxşı ki, varsınız.
İnanırıq ki, Sizin komandanlığınız altında mətin Ordumuz tezliklə Qələbə çalacaq, erməni faşistləri tərəfindən zəbt olunmuş torpaqlarımız qısa müddət ərzində azad olunacaq və üçrəngli Bayrağımız iftixarla doğma Qarabağda dalğalanacaqdır. Hamımız səbirsizliklə o günü gözləyirik.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Hörmətli Prezident, ürəyimiz xoş arzularla doludur, sadalamaqla bitməz. Siz Qarabağ Qələbəsi ilə öz adınızı tarixə qızıl hərflərlə həkk etmiş olacaqsınız.
Allah Sizə və müzəffər Ordumuza yar olsun!”
Ramiz Məhərrəmovdan, Gəncə, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı və hərbi əməliyyatları pisləyir, Sizin əmrinizlə düşmənə qarşı keçirilən əks-hücum əməliyyatlarını dəstəkləyirik.
Bir Qarabağ müharibəsi veteranı kimi hər çıxışınızı diqqətlə dinləyib Sizinlə fəxr edirik. Bütün veteranlar siyasətinizi dəstəkləyir, Sizə inanırlar. İnanırıq ki, komandanlığınız altında rəşadətli əsgərlərimizin döyüşlərdə qazandığı uğurlar sonunda böyük Qələbə ilə nəticələnəcək və üçrəngli bayrağımız işğal altından azad edilmiş bütün torpaqlarımızda dalğalanacaq.
Allah Sizi, ailənizi və Ordumuzu qorusun! Biz həmişə yanınızdayıq!
Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var!”
Ədalət Abdullayevdən, Tovuz, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Son günlər Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaətlər bütöv Azərbaycan xalqı olaraq bizləri hədsiz sevindirir və qürurlandırır.
Ermənilərin törətdiyi təxribata qarşı şanlı Ordumuza əks-hücum əməliyyatlarına başlamaq əmri verməyiniz bizim uzun illərdir ki qəlbimizdə bəslədiyimiz arzularımızın gerçəkləşməsinə səbəb oldu.
Sizin böyük siyasi iradə göstərib torpaqlarımızın erməni faşizmindən azad olunmasında və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda atdığınız məğrur və müdrik addımlarınızı alqışlayaraq, Siz başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq”.
Şəhriyar Maxsudovdan, İsmayıllı, Azərbaycan
“Cənab Ali Baş Komandan!
Mən ehtiyatda olan əsgər kimi hər zaman Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına döyüşməyə hazıram. Erməni silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatına cavab olaraq əks-hücuma keçən Ordumuzun cəbhədəki uğurları məni də ruhlandırır və igid əsgərlərimizlə birlikdə olmağa sövq edir.
Hörmətli Prezident, fəxr edirəm ki, Sizin kimi rəhbərimiz var. Sizin qətiyyətli, ardıcıl və uğurlu siyasətiniz nəticəsində uğur qazanacağımıza inanıram. İnşallah, tezliklə bütün Azərbaycana Qələbə xəbəri verəcəyinizə ümid edirəm.
Yaşasın Azərbaycanın Ali Baş Komandanı! Qarabağ Azərbaycandır!”(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək