15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezidentə yazırlar: “Tarixə şanlı səhifəni qızıl hərflərlə yazdınız”
Tarix: 23-11-2020 19:17 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə çoxsaylı məktublar göndərilir.
Azərbaycanla yanaşı müxtəlif ölkələrdən yazılan məktublarda işğal altındakı Qarabağın azad olunması münasibətilə Ali Baş Komandanı təbrik edir, ona minnətdarlıqlar ifadə olunur.
Reyting.az həmin məktublardan bir neçəsini təqdim edir:
Elza Nağıyevadan, İstanbul, Türkiyə
“Möhtərəm Prezidentimiz.
Bizə yaşatdığınız bu qürur və sevinc üçün Sizə və Azərbaycanın müzəffər Ordusuna təşəkkürlərimi bildirirəm.
Türkiyədə olmağımıza baxmayaraq, müharibənin ilk günlərindən qəlbimiz Azərbaycanla döyündü. Bu Vətən Müharibəsinin ilk günlərindən iki oğlum və kürəkənim bütün vətənsevər övladlar kimi müharibəyə getmək üçün İstanbuldakı Azərbaycan Konsulluğuna müraciət edib qeydiyyata düşmüşdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin”.
Elçin Harunovdan, Şəki, Azərbaycan
“Dəyərli ölkə başçımız, çiçəklənən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyev.
Bizə yaşatdırdığınız qələbə sevincinə və ən əsası da Azərbaycan Respublikasının qurucusu, yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin Sizə etdiyi vəsiyyəti şərəflə yerinə yetirdiyinizə görə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və mən fəxr edirəm ki, Sizin kimi dahi, insani dəyərləri yüksək tutan Prezidentim, Ali Baş Komandanım var. Biz birlikdə güclüyük! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Alim Fəttahovdan, Kəlbəcər, Azərbaycan
“Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.
Mən öz adımdan və ailəm adından Sizə Kəlbəcər və digər işğal olunmuş rayonlarımızın azad olunması münasibətilə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram. Sizin uğurlu siyasətiniz və şanlı ordumuzun qəhrəmanlıqları nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu və mən artıq məcburi köçkün deyiləm. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Eşq olsun Sizə! Allah Sizi və ailənizi qorusun. Sizə və şanlı Ordumuza Allahdan daha da böyük qüvvət arzulayırıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Elbrus Məmmədovdan, Şəmkir, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən də bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Doğma torpaqlarımız işğaldan azad edildiyi üçün Sizə çox minnətdaram.
Allah Sizin kölgənizi bizim başımızın üzərindən əskik etməsin. Allah cəbhədə olan igid əsgərlərimizi qorusun. Qazilərimizə isə Allah şəfa versin. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yerləri cənnətməkan olsun, İnşallah. Bu günümüzə çox şükür, min şükürlər olsun. Bir daha Sizə minnətdaram, cənab Prezidentimiz”.
Zivər Bəylərovadan, Mingəçevir, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu zəfərdə Sizin uzun illər həyata keçirdiyiniz müdrik diplomatik, iqtisadi və hərbi strategiyanız, Ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi vardır.
Siz Azərbaycan tarixinə yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də xalqın qaliblik hisslərini bərpa etdiniz. Sizə çox minnətdarıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin”.
Rövşən Əliyevdən, Ağdam, Azərbaycan
“Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz, Azərbaycanın Milli Qəhrəmanı İlham Heydər oğlu Əliyev.
Sizin işğaldan azad olunmuş Qarabağ torpaqlarına uğur və nur gətirən səfəriniz Azərbaycan xalqını, dünya azərbaycanlılarını və hərbçilərimizi daha da ruhlandırır. Bilirik ki, ayağınız uğurludur, Qarabağa ancaq xoşbəxtlik gələcək.
Sizin simanızda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və bizə dəstək olan bütün dövlətləri Birinci Qarabağ müharibəsi veteranı, II qrup Çernobl əlili kimi təbrik edir və Sizə Uca Allahdan uzun ömür, cansağlığı arzu edirəm”.
Şəmistan Məmmədovdan, Göyçay, Azərbaycan
“Müzəffər Ali Baş Komandan İlham Əliyev.
İlk növbədə Sizi salamlayır, ailəm və öz adımdan Sizə və müzəffər Ordumuza minnətdarlığımı bildirmək istəyirəm. Uca Allah Sizi, Ordumuzu və bütün xalqımızı qorusun. Bu möhtəşəm Qələbənin banisi Sizsiniz. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Aygün Bağırovadan, Bakı, Azərbaycan
“Hörmətli Prezidentimiz, müzəffər Ali Baş Komandan.
İşğal altında olan torpaqlarımız uğrunda apardığınız Vətən müharibəsinin qalibiyyətlə sonlandırmağınız münasibətilə Sizi təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbənin memarı Sizsiniz. Bu şanlı yolda Sizin sözlərinizə istinad edərək "dəmir yumruq kimi" daim Sizin yanınızdayıq, cənab Prezident. Sizə yazılası ürək sözlərim o qədər çoxdur ki, sadəcə bunu ifadə etməkdə kəlmələr acizdir. Siz bizim qürurumuz, fəxrimizsiniz. Allahdan Sizə cansağlığı və uzun ömür arzulayıram. Uca Yaradan Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycanın möhtərəm və möhtəşəm Prezidenti cənab İlham Əliyev!”
Vidadi Sadıqovdan, Füzuli, Azərbaycan
“Hörmətli cənab Prezident,
Mən Füzuli rayonunun Arışlı kənd sakini və Birinci Qarabağ müharibəsi veteranı olaraq Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Biz, bütün xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşmişik. Bu dəmir yumruqla erməni təcavüzkarlarına, vandallarına qarşı gücümüzü sübut etdik, intiqamımızı aldıq.
Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin xalqımıza yaşatdığınız sevincin həddi-hüdudu yoxdur. Biz çox xoşbəxt xalqıq ki, onun Sizin kimi əvəzolunmaz Lideri var.
Allah Sizi qorusun!”
Səfayə Əliyevadan, Ağdam, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mənim adım Səfayətdir. 5-ci sinifdə oxuyuram. 10 yaşım var. Mən əslən Kəlbəcər rayonundanam.
Mən Sizə təşəkkür edirəm. Çünki, Siz Azərbaycan xalqının, eləcə də mənim valideynlərimin 30 il həsrətini çəkdikləri doğma torpaqlarını geri qaytardınız. Sizə və Milli Ordumuzun bütün qəhrəman əsgərlərinə minnətdarıq. Bizi dəstəklədikləri üçün türk xalqına və dövlətinə təşəkkür edirik. Allah onların da yardımçısı olsun!
Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
Müslüm Abbasovdan, Sumqayıt, Azərbaycan
“Otuz illik həsrəti qələbə ilə başa çatdıran, qələbəni isə tarixə qızıl hərflərlə həkk etdirən yenilməz Sərkərdəm.
Sizi və xalqımızı bu gün münasibətilə şəhid atası kimi, səmimi qəlbdən təbrik edirəm. Siz mənim, eyni zamanda, bütün şəhid ailələrinin yaralı qəlbinə bu qələbə ilə su səpmiş oldunuz. Mən inanırdım ki, yenilməz Ordumuz Sizin uzaqgörən siyasətiniz sayəsində düşmənin layiqli cavabını verəcək. Qardaş Türkiyənin mənəvi dəstəyi də bizə güc verdi. Ata vəziyyətini yerinə yetirdiyiniz üçün biz atalar Sizinlə qürur duyuruq.
Hər gün efirlərdən bu şad xəbərin nə vaxt veriləcəyini gözləyirdim və 10 noyabr – şəhidlərin qisas günü, torpaqların işğaldan azad olunduğu gün, anaların, gəlinlərin, övladların göz yaşlarına son qoyulduğu gün gəldi.
Siz mənim qəlbimdə qızıldan büstü qoyulmuş, heç vaxt unudulmayan Ali Baş Komandanımızsınız”.
Ağalar Tağıyevdən, Lerik, Azərbaycan
“Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının xilaskarı.
Sizi və Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm. Balanslaşdırılmış, uzaqgörən, səbirli xarici və daxili siyasətin, düzgün hərbi strategiyanın nəticəsi bax budur.
Cənab Prezident, Azərbaycan xalqı öz tarixi boyu heç bu qədər sevinməmişdi. Bu sevinci Siz bizə bəxş etdiniz.
Hörmətli Prezident, mən bu məktubu yazarkən göz yaşlarımı saxlaya bilmədim, hər şey insana yuxu kimi gəlir. Mümkün olmayanı mümkün etdiniz, xalqımızın qürurunu özünə qaytardınız.
Cənab Prezident, mən 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasi kursunuzu daim dəstəkləyirəm.
Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə, Sizin ilk çıxışlarınızı eşidəndə, əmin oldum ki, Sizin ziyalılığınız, kübarlığınız, humanizminiz, uzaqgörənliyiniz, savadınız Azərbaycan xalqını xilas edəcək və onu zirvələrə qaldıracaq. Belə də oldu.
Sizinlə fəxr edirik, cənab Prezident. Mən müəlliməm. Azərbaycanın müəllim ordusu daim arxanızdadır. Bir sözlə, bütün Azərbaycan xalqı adından, ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu çətin və şərəfli yolda Sizə uğurlar arzulayırıq”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək