15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bakıda Zəfər paradı: İlham Əliyevlə Ərdoğandan mühüm mesajlar - Canlı yayım
Tarix: 10-12-2020 14:35 | Bölmə: Gündəm

Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Mövlud Çavuşoğlu, Hulusi Akar və digər qonaqlar Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.
Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçılarını birgə salamlayıblar.
Sonra Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilib.
Paradda çıxış edən Prezident İlham Əliyev deyib ki, 44 gün ərzində Azərbaycan öz istədiyinə nail oldu, ədaləti bərpa etdi:

"Hər gün Azərbaycan irəli gedirdi. 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək.
Biz Ermənistanın 30 ilə yaxın bir müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabiti böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu...”.
Prezident daha sonra deyib: "Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən dəfələrlə son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa hərbi yollarla biz bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərimə” əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Və bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi...
Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı. Düşməni təslim olmağa məcbur etdik. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz - qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı...
Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb...
Ali Baş Komandan qeyd edib ki, dəfələrlə Azərbaycan xalqına müraciət edəndə biz daha güclü olmalıyıq deyirdi: “Və nəyi, necə, nə vaxt etmək lazımdır biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtı-vaxtında atılmış addımlar bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Və bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycan müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistanı məğlub etdi. Ermənistan Ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq”.
Prezident sonra "Qarabağ Azərbaycandır" məşhur ifadəsi ilə nitqini bitirib.
Daha sonra Ərdoğan möhtəşəm çıxış edib:

“Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram. Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq.
Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Ərdoğan daha sonra deyib: "Qarabağı 30 illik həsrətdən sonra ana Vətənə qovuşduran Azərbaycan Ordusunun mənsublarını təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib. Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri, şübhəsiz ki, qardaşlarımdan biri cənab Prezident İlham Əliyevə aiddir...
Əziz Azərbaycan xalqı, Türkiyə Azərbaycanın apardığı mübarizəyə lap əvvəldən bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olub. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün bu yaranın sağalmasının sevincini paylaşmaq üçün birgəyik. Azərbaycanın ərazilərini işğaldan azad etməsi mübarizənin bitmiş mənasına gəlmir. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək”.
Ərdoğan daha sonra qeyd edib: “Qardaşım İlham Əliyev beləliklə mərhum Heydər Əliyevin vəsiyyət etdiyi arzusunu da yerinə yetirib. Bu vəsilə ilə güclü Azərbaycanın təməllərini atan ümummilli lider Heydər Əliyevi buradan rəhmətlə anıram. Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək.
İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir.
İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğacı olacaq.
Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər kədərinə rəğmən, daimi sabitlik üçün təqdirəlayiq duruş sərgiləyir.
Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib. Artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq. Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq.
Arazı ayırdılar, qan ilə doyurdular.
Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar.
Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.
Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür.
Bu gün burada ürəkdən bir daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır. Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb. 30 illik həsrət sona çatıb. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu əraziləri daha zəngin, daha inkişaf edilmiş, uşaqlarımız üçün daha yaşanılası yer halına gətirmək üçün mübarizə etməkdir. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdikcə çətinlikləri aşmağa, uğurlar əldə etməyə davam edəcək”.
Xatırladaq ki, paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.
Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də paradda keçid edib.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunub.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək