15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Müharibədən sonrakı vəziyyətə dair hesabat hazırlanıb
Tarix: 22-12-2020 18:35 | Bölmə: Gündəm

Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətə dair hesabat hazırlayıb.
Reyting.az-ın məlumatına görə, “Dağlıq Qarabağ müharibəsindən sonra barışıq perspektivlərinin yaxşılaşdırılması” adlı hesabatda qeyd olunur ki, Birinci Dağlıq Qarabağ müharibəsindən sonra on illərlə uğursuz davam edən danışıqlar 2020-ci ildə hər iki tərəfin mövqeyini sərtləşdirdi və qan tökülməsi ilə nəticələnən altı həftəlik müharibəyə səbəb oldu: “Bu gün atəşkəs planı Dağlıq Qarabağın statusu ilə bağlı həlledici məsələ də daxil olmaqla bir çox sualı cavabsız qoyur, lakin güzəştə getməyə məcbur etmək üçün göstərilə biləcək səylər risklərin geri qaytarılmasına səbəb ola bilər”.
Hesabatda bildirilir ki, Rusiyanın vasitəçiliyi Dağlıq Qarabağda altı həftəlik müharibəni sonlandırıb, lakin bəzi məsələlər həll olunmamış qalır: “Döyüş əməliyyatlarının dayandırılması davamlı sülhə çevriləcəksə, tərəflər daha böyük suallarla qarşılaşmadan əvvəl humanitar yardım və ticarət sahəsində əməkdaşlıq etməlidir.
Nə edilməlidir? Münaqişə tərəfləri və maraqlı tərəflər çətin hərtərəfli razılaşmanı axtarmağa çalışmaqdansa, infrastrukturun yenidən qurulması və ticarət vasitəsilə işbirliyi yollarının inkişaf etdirilməsi üçün humanitar ehtiyaclara və beynəlxalq dəstəyə üstünlük verməlidirlər. Əlbəttə ki, xarici aktyorlardan Rusiya baş rol oynayacaq, lakin Avropa, ABŞ və digər beynəlxalq çoxtərəfli qurumlar məsələyə töhfə verərsə, müvəffəqiyyət əldə etmə ehtimalı böyükdür".
BBQ bildirir ki, təkamül yanaşması məcburi həldən daha doğru addım ola bilər. Mübahisə doğuran məsələlərdən qaçmağı məntiqli sayan BBQ hesab edir ki, konkret olaraq, ən azından məcburi köçkünlər - həm son döyüşlərdən sonra qaçan ermənilər, həm də 1994-cü ilədək evlərindən çıxmağa məcbur edilən azərbaycanlılar qayıtmalı və icmalar arasında yeni iqtisadi əlaqələr qurulmalıdır.
Hesabat müəlliflərinin fikrincə, zaman ötdükcə Rusiyanın mandatının dəqiq təfərrüatları aydınlaşacaq və inkişaf edəcək, Moskva aparıcı rol oynayacaq.

Hesabatda Türkiyənin roluna da toxunulur:
“Müharibə zamanı Azərbaycanı dəstəkləyən Türkiyə atəşkəsin monitorinqində dəstək rolunu almağa hazır görünür. Ancaq yeni nizamın həlledici hissəsi 30 illik Ermənistan təcridini aradan qaldırmaq üçün ticarət və iqtisadi əlaqələrin açılması olacaq. Bunun üçün Moskva tək və ya hətta yalnız Ankara ilə işləyə bilməz. Bölgəni bir-birinə bağlamaq üçün yeni iqtisadi, nəqliyyat və kommunikasiya infrastrukturu daha geniş beynəlxalq sərmayə və diqqət tələb edəcək. Eyni zamanda humanitar tədbirlər yalnız müharibədən ən çox zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün deyil, həm də birgə yaşayış və bölgənin daha yaxşı gələcəyinin inkişafı üçün çox vacibdir”.
Hesabatda azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməyə hazır olduqları da vurğulanır: “Azərbaycanlılar evlərinə geri dönməyi planlaşdırırlar. 10 noyabrda verilən bəyanatda 1994-cü ilədək Dağlıq Qarabağdan və ətraf bölgələrdən didərgin düşənlərin, onların övladları və nəvələrinin evlərinə qayıdacaqları qeyd olunub. Azərbaycan hakimiyyəti hesab edir ki, bir milyona yaxın insan indi Azərbaycanın əlində olan bitişik ərazilərə və Dağlıq Qarabağın bəzi hissələrinə geri qayıda biləcək. Baxmayaraq ki, hökumət bütün evləri dövlət vəsaiti hesabına bərpa edəcəyini bildirib, bir çox ailə köhnə mülklərini "Google Xəritə"də axtarır və yeni evlərin tikilməsi xərclərini hesablayırlar. Hətta bəzi vətəndaşlar bölgənin özünün necə göründüyünü öz gözləri ilə görmək üçün bu ərazilərə artıq səyahət ediblər. Dağıntının miqyası çoxlarını dəhşətə gətirib, çünki 1994-cü ildən bəri Azərbaycanda Dağlıq Qarabağdan və onun ətrafından olan birbaşa məlumat və hesabatlar çox az idi.
60 yaşlı məktəb müəllimi Şadiya Qəhrəmanova Füzulidəki evini Böhran Qrupunun tədqiqatçısına göstərək bildirib: “Bura mənim evimdir. Evimi ziyarət edə biləcəyimi biləndə buraya gəldim. Ancaq yalnız xarabalıqları gördüm. 26 il görmək üçün gözlədiyim bu deyildi”. Bir çox vətəndaş isə dağıntılar arasında evini tapa bilməyib.
Azad olunan ərazilərə qayıdacaq insanlar digər problemlərlə də qarşılaşırlar. Səlahiyyətli dairələr Azərbaycan qüvvələrinin geri qaytardığı Dağlıq Qarabağdakı ərazilər də daxil olmaqla, şəhərləri, kəndləri, yolları minalardan və partlamamış hərbi sursatlardan təmizləməlidir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) bu işə başlayıb - agentliyin əməkdaşları arasında artıq itkilər olub. Agentlik ərazilərin tamamilə təmizlənməsinin on il çəkə biləcəyini bildirib. Bəzi köçkünlər isə artıq gözləyə bilmirlər və onlar öz torpaqlarına getmək qərarına gəliblər. Nəticədə mina partlayışları nəticəsində ən azı yeddi nəfər həlak olub, dörd nəfər də yaralanıb”.
Hesabatda qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, eləcə də burada quruculuq işlərinin aparılmasına külli miqdarda vəsait tələb olunur: “Bu işləri aparmaq bahalı olacaq. Bəzi azərbaycanlı mütəxəssislər Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinin dəyərini 20 milyard dollar səviyyəsində qiymətləndirirlər. Azərbaycan rəsmiləri isə bu təxminin aşağı olduğunu deyir, zərərin 100 milyard dollardan çox olduğunu iddia edirlər. Yenidənqurmaya sərf ediləcək pulu almaq üçün isə Ermənistana qarşı məhkəməyə müraciət etməyi planlaşdırırlar. Geri qayıtmaq istəyən bəzi imkanlı azərbaycanlılar öz evlərini yenidən qurmaq üçün sərmayə qoymaq və yerli iqtisadiyyatın sürətlə inkişafa başlamasına kömək etmək istəyərlər. Ancaq özəl fondların, Bakının təklif edəcəyi vəsaitlərin kifayət etməsi ehtimalı çətin görünür və köçürülmə və iqtisadi canlanmanın sürətli olacağını təsəvvür etmək çətindir.
Eyni zamanda digər bir qrup azərbaycanlı təcili humanitar yardıma ehtiyac duyur. Bunlar cəbhə xəttinə yaxın olanlar, xüsusilə Tərtər bölgəsində yaşayanlardır. Müharibə vaxtı bu insanların mülklərinə ciddi ziyan dəyib, rayonda bir çox ev dağılıb. Hazırda “Türk Qızılay” cəmiyyəti burda yaşayanlara yardım edir, Avropa İttifaqı isə yenidənqurma üçün maddi dəstək verəcəyini bəyan edib”.(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək