Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-05-2017 14:07 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib.
İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev deyib ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir.
Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığımıza toxunan prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib.
Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
M.Huməd isə ölkəsinin prezidentinin adından bunu deyib: "Əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq”.
Qonaq bildirib ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını deyib. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.(APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər