15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanda kimyəvi silahın məhv edilməsi qaydası təsdiqlənib
Tarix: 28-04-2021 12:48 | Bölmə: Gündəm

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nı təsdiq edib.
Reyting.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.
Kimyəvi silahın məhv edilməsi zamanı riayət olunmalı tələblər
Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq, kimyəvi silah məhv edilərkən aşağıdakılara riayət edilməlidir:
- ətraf mühitin mühafizəsi təmin edilməli, kimyəvi silah məhv edilərkən məhv edilmə forması kimi suya salma, torpaqda basdırma və ya açıq yandırma üsullarından istifadəyə yol verilməməlidir;
- əhalinin sağlamlığı qorunmalı, kimyəvi silahın məhv edilməsində iştirak edən şəxslərin və məhv edilmə zonasının təsiri hüdudlarında olan digər şəxslərin təhlükəsizliyi təmin edilməli, məhv edilmədə iştirak edən şəxslərə zəruri qoruyucu vasitə və avadanlıqlar verilməli, həmin şəxslər təlimatlandırılmalıdırlar;
- kimyəvi silahın məhv edilməsi “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) uyğun olaraq xüsusi təchiz edilmiş, mühafizə olunan obyektlərdə həyata keçirilməlidir;
- kimyəvi silahın məhv edilməsində istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;
- kimyəvi silah məhv edilərkən onların yenidən hazırlanması və istehsal imkanı istisna edilməlidir.
- Məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı qurğuların, obyektlərin və ərazilərin fiziki və xüsusi texniki vasitələrlə mühafizəsi təmin edilməli, belə ərazilərə, obyektlərə buraxılış icazə əsasında həyata keçirilməlidir.
Kimyəvi silahın məhv edilməsi qaydası
Azərbaycan Respublikasının ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulmuş hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda ilə müəyyən edilmiş qaydada məhv edilir.
Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 (üç) gün müddətində bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu (bundan sonra – Milli İnspeksiya Qrupu) tərəfindən bu Qaydanın 3.3-cü bəndində göstərilən Kimyəvi Silahları Məhvetmə Komissiyasına (bundan sonra – Komissiya) verilir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.
Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan məlumat alındıqdan sonra 10 (on) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan (bundan sonra – Plan) hazırlanır və onun surəti 2 (iki) gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.
Plan aşağıdakı məlumatları özündə əks etdirməlidir:
- kimyəvi silahın adı, növü və miqdarı barədə məlumatlar;
- məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı obyektin adı, yeri, texniki və digər təhlükəsizlik tədbirlərinin təmin olunması barədə məlumatlar, habelə onun saxlanmasını təmin edən təşkilatın (müəssisənin) adı;
- kimyəvi silahın məhv edilməsində istifadə olunacaq metodlar;
- kimyəvi silahın məhv edilməsini həyata keçirəcək heyətin müvafiq peşə hazırlığına malik olması ilə bağlı məlumatlar;
- Konvensiyada nəzərdə tutulmuş digər məlumatlar.
Milli İnspeksiya Qrupu Planın surətini aldıqdan sonra 3 (üç) gün müddətində həmin sənədi və Konvensiyada nəzərdə tutulmuş digər məlumatları Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilata (bundan sonra – Təşkilat) təqdim edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (bundan sonra – Xarici İşlər Nazirliyi) göndərir.
Kimyəvi silahın məhv edilməsinə qədər Konvensiyanın tələblərinə uyğun olaraq saxlanılmasına Milli İnspeksiya Qrupu tərəfindən nəzarət olunur.
Planda qeyd olunan məlumatları yoxlamaq, habelə kimyəvi silahın saxlanılması və məhv edilməsi ilə bağlı müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət etmək məqsədilə Təşkilatın inspektorları tərəfindən Konvensiyaya uyğun olaraq inspeksiyalar aparılır. Təşkilatın inspektorlarının Konvensiyada nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi Milli İnspeksiya Qrupu və müvafiq dövlət orqanları tərəfindən təmin olunur.
Kimyəvi silahların məhv edilməsi, o cümlədən prosedurlar və müddətlərlə, habelə kimyəvi silahların məhv edildiyi obyektlərlə bağlı Konvensiyada nəzərdə tutulmuş imperativ normalara riayət edilməlidir.
Təşkilat tərəfindən kimyəvi silahın Plana uyğun məhv edilməsinə razılıq verilməsi ilə bağlı rəsmi məlumat daxil olduqdan sonra 5 (beş) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi barədə qərar qəbul edilir.
Kimyəvi silahın məhv edilməsi barədə qərarda aşağıdakılar göstərilir:
- kimyəvi silahın adı, növü və miqdarı;
- kimyəvi silahın məhv edilməsi nəzərdə tutulan obyektin adı, yeri, texniki və digər təhlükəsizlik tədbirlərinin təmin olunması ilə bağlı məlumatlar;
- kimyəvi silahın məhv edilməsini həyata keçirəcək təşkilatın (müəssisənin) adı;

- kimyəvi silahın məhv edilməsini həyata keçirən şəxslər və onların müvafiq peşə hazırlığına malik olmaları barədə məlumatlar;
- kimyəvi silahın məhv ediləcəyi tarix;
- kimyəvi silahın məhv edilməsi ilə bağlı nəzərdə tutulan xərclər barədə məlumat;
- kimyəvi silahın məhv edilməsi ilə bağlı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumatlar.
Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi prosesində iştirak etmək üçün digər dövlət orqanlarının (qurumların) nümayəndələri, habelə yerli və xarici ekspertlər dəvət edilə bilər.
Kimyəvi silah məhv edildikdən sonra 2 (iki) gün müddətində Komissiya tərəfindən bu Qaydanın əlavəsində göstərilən formada akt tərtib olunur.
Bu Qaydanın əlavəsində göstərilən akt Komissiyanın üzvləri və ekspertlər tərəfindən imzalanır və aktın surəti Milli İnspeksiya Qrupuna təqdim olunur. Aktın surəti Milli İnspeksiya Qrupu tərəfindən Təşkilata təqdim edilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilir.
Xarici İşlər Nazirliyi aktın surətini Konvensiya ilə müəyyən edilmiş qaydada və müddətdə Təşkilata təqdim edir.
Kimyəvi silahın məhv edilməsinə nəzarət
Kimyəvi silahın məhv edilməsinə nəzarət Milli İnspeksiya Qrupu tərəfindən həyata keçirilir.
Milli İnspeksiya Qrupu:
- kimyəvi silahın məhv edilməsi ilə bağlı tələblərə riayət olunmasına nəzarət edir;
- kimyəvi silahın məhv edildiyi obyektlərin təhlükəsizliyinə dair norma və qaydalarla, habelə bu obyektlərin texnoloji təchizatı, texniki və istismar sənədləri ilə tanış olur, ehtimal olunan riskləri qiymətləndirir, çatışmazlıqların aradan qaldırılmasını tələb edir;
- kimyəvi silahın məhv edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulmuş şəxslərin seçilməsinə, yoxlanılmasına və təlimatlandırılmasına nəzarəti həyata keçirir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək