15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezident Ağdamda: ilk yaşayış və məktəb binaları ilə Sənaye Parkının təməli atılıb - Fotolar (Yenilənib)
Tarix: 28-05-2021 20:41 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Prezident İlham Əliyev yolun təməlini qoydu.
***
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.
İmarət barədə dövlətimizin başçısına məlumat verən “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dedi: Cənab Prezident, bu məşhur imarət yeridir. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılıb. Eyni zamanda, sonradan bura Ağdam ictimaiyyətinin bayram keçirdiyi yerlərə çevrilib.
Prezident İlham Əliyev: Stadion burada olub?
Ruslan Sadıqov: Bəli stadion burada olub, bu, onun tribunasıdır.
Prezident İlham Əliyev: Bu tribunadır?
Ruslan Sadıqov: Xeyr, o dağılmış daşlar.
Prezident İlham Əliyev: Hamısı bərpa olunacaq.
Ruslan Sadıqov: İnşallah. Burada kompleks yerləşib. Onun işlədiyi yer, yaşadığı yer və məzarlıqlar da var. Birinci gördüyünüz Pənahəli xanın türbəsidir. İkinci gördüyünüz İbrahim xanın dağıdılmış türbəsidir.
Prezident İlham Əliyev: Məzarları dağıdıblar.
Ruslan Sadıqov: Bunlar Natavan xanımın məzarının dağıntılarıdır. Qarşısında durduğumuz Pənahəli xanın imarətidir, yaşayış yeridir. Bu ortada onun bağı olub. O sahədə isə onun karvansarayı olub. Gələn qonaqlar burada qalıblar.
İmarət sonradan Azərbaycan ictimaiyyətinin toy-bayram keçirdiyi yerlərdən biri olub. Bu fotolar Ağdamın 1970-1980-ci illərdəki həyatından bəzi məqamlardır.
Prezident İlham Əliyev: “Xarıbülbül” festivalıdır, burada keçirilmişdir.
Ruslan Sadıqov: İşğal dövründə buraya çox vəhşi münasibət bəsləyiblər. Hər yerdə olduğu kimi, burada da heyvan saxlayıblar və bərbad haldadır.
Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir.
Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.
***
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Burada "Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına məscidlə bağlı məlumat verdi.
Bildirildi ki, Ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.
Prezident İlham Əliyev: Buranın əvvəlki görüntüləri var? Kitablarda, şəkillərdə.
Ruslan Sadıqov: Bərpaçı tərəfindən belə təqdim olunur.
Prezident İlham Əliyev: İki minarə olub da burada?
Ruslan Sadıqov: Bəli.
Qeyd edək ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.
***
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.
Dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib.
Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
Qeyd edildi ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Dövlətimizin başçısı Ağdam Sənaye Parkının təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi:
Bildirildi ki, Burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burda yaradılacaq gölə töküləcək.
Prezident İlham Əliyev: Hansı tərəfdən?
Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.
Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.
Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçılar burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.
Prezident İlham Əliyev: Simvoludur.
Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf olardı ki, Siz ağacın birini əkəsiniz.
***
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verərək dedi:
- Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əslində, Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb.
Prezident İlham Əliyev: Bu ərazidə?
Emin Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmışdır. İkimərtəbəli bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır.
Prezident İlham Əliyev: Şagirdlərin sayı nə qədər olacaq?
Emin Hüseynov: Məktəb 960 nəfər şagird üçündür.
Prezident İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər olub?
Emin Hüseynov: Əvvəlki məktəbdə az olub, 500 nəfər. Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.
Prezident İlham Əliyev: Çox yaxşı.
X X X
Sonra dövlətimizin başçısı məktəbin təməlini qoydu.
Prezident İlham Əliyev: Xeyirli olsun.
***
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov: Cənab Prezident əvvəlcə onu qeyd edim ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İcazə verin əvvəlcə çox qısa bir videoya baxaq.
Deməli, bu hər iki kompleksin iki hissəsidir - işğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ.
Prezident İlham Əliyev: Bir yerdə yerləşir?
Ruslan Sadıqov: Bir-birinin yanında yerləşir və 18 hektar ərazini əhatə edir. Bizim durduğumuz yer açıq hava altındadır. Dram teatrının yanındadır. Muzey o tərəfdə olacaq. Bu şəkildə də gördüyünüz kimi 8 hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev: Qalıqlar qalacaq?
Ruslan Sadıqov: Bəli, fikir verirsinizsə, burada həmin o göldür. Biz buna yaddaş gölü deyirik. Onun üstündə həm Dram teatrının qapıları, həm kitabxana, poçt ofisi də var idi. Kitabxana olub, otel olub, poçt ofisi olub və balaca dükan da olub.
Prezident İlham Əliyev: Bu da belə qalacaq?
Ruslan Sadıqov: Bəli, bu da belə qalacaq. Bunların görüntüsü həm gündüz, həm də axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.
Prezident İlham Əliyev: Bəs dağıdılmış digər evlər, mən demişdim ki, onlar saxlanılsın. Onlar da bu ərazidədir?
Ruslan Sadıqov: Bəli, o bağdadır, memorial bağda, bax, bu ərazidə. Hamısı qalır burada, orada həm də nar bağları arasında cığırlar təşkil olunacaq.
Prezident İlham Əliyev: Marşrutlar.
Ruslan Sadıqov: Bəli, xüsusi mobil tətbiqlər olacaq ki, “mented Reality” ilə onun üzərindən keçəndə haqqında müəyyən hekayələr çıxacaq, insanların danışdıqları rəvayətlər.
Prezident İlham Əliyev: Sonra Zəfər muzeyinə birləşir?
Ruslan Sadıqov: Bəli, bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.
Prezident İlham Əliyev: Gölün içindəki bina nədir?
Ruslan Sadıqov: Həmin bu binadır, cənab Prezident.
Prezident İlham Əliyev: Yəni, bu da gölün içində olacaq.
Ruslan Sadıqov: Bəli. Eyni zamanda, burada belə bir obyekt də olacaq. Konsepsiyası hazırlanır. Bu ortadakı bina. Sizin diqqətinizə muzeyin strukturu haqqında məlumatı çatdırmaq istərdim. Bu çox dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Bu, xarici görünüşüdür. Burada giriş hissəsi var. Giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə olacaq. Dördüncü çox böyük və hündür zaldır. Bu, məhz 30 illik dövr ərzində verdiyimiz qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət, ən vacibi - beşinci zal Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş köçkünlərimizin keçdiyi əzab-əziyyətli yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün o otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsinlər. Bura isə sükunət zalı dediyimiz yerdir. Bu sarı xətt işıq kimi görsənir. Amma yaxınlaşdığımız zaman belə bir mənzərə ortaya çıxır, dağıntılar, evlərin yanması. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün böyük effekt verəcək. Arxiv zalında tarixi faktların hamısı əks olunacaq. Bütün bunlar və virtual zal. Memorial bağ qeyd edildiyi kimi, səma altında muzey olacaq. Hətta yanmış o sınıq-salxaq avtomobillərin qalıqları nar bağlarının arasında göstəriləcək.
Bir də dediyim mobil tətbiq budur. Bina üzərinə gətirildikdə artıq onun haqqında hekayələr çıxacaq. Bu göldür, həmin Dram Teatrının qapıları və bu tağlardan ibarət bir hasar. Bu tağ Qələbə rəmzidir. Lakin çox əlamətdar məsələ odur ki, bu hasar tamamilə Ağdam daşlarından qurulacaq. Həm burada qalıqlar şəkilində yığılıb qalmış daşlar, həm də Ağdamın özündə istehsal olunmuş daşlarla inşa olunacaq. Bütün bu binaların hamısının əksi göldə həm gündüz, həm də gecə görünəcəkdir. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirir.
Prezident İlham Əliyev: Zəfər tağı kimi.
Ruslan Sadıqov: Bəli, Zəfər tağı kimi, ağ və qara fonlarda hazırlanıb. Bakıda da belə bir Zəfər muzeyi yaradılacaq. Həmin simvolikadan orada da istifadə olunacaq. Zəfər muzeyi həm abidədir, həm də muzeydir. Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları. Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür.
Prezident İlham Əliyev: Eyni zamanda, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.
Ruslan Sadıqov: Bu ikinci zaldakı rəqəmsal masalarda hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulub. Quruluşu elədir ki, buradan həm Zəfər muzeyi, həm də Bayraq meydanı görünür. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək