15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri ilə bağlı vəziyyət açıqlanıb
Tarix: 21-10-2021 17:18 | Bölmə: Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumatı açıqlayıb.
XİN bildirir ki, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.
XİN əvvəlcədən qeyd etməyi vacib sayır ki, bu faktlara bir beynəlxalq məhkəmədə deyil, bir neçə beynəlxalq məhkəmədə baxılır. Çünki bu faktlar bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyaların pozulmasını ehtiva edir və hər bir konvensiya üzrə xüsusi şikayət etmə proseduru mövcuddur. Hər bir məhkəmə yalnız konkret bir konvensiya çərçivəsində hüquq pozuntularına qiymət verməyə səlahiyyətlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Belə ki, cari ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Bu şikayətdə Azərbaycan vətəndaşlarının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları öz əksini tapır. Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, misal kimi, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur.
Eyni zamanda, Ermənistan da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsassız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən müharibəsi dövrünə aiddir.
Beynəlxalq Ədalət Məhkəməsi
Cari ilin sentyabr ayında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Qeyd edim ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.
Prosedura əsasən məhkəmə prosesinin ilk mərhələsində hər tərəf məhkəmədən iddianın təmin etmə tədbiri kimi müəyyən təxirəsalınmaz məsələlərlə bağlı müvəqqəti xarakterli qərarların qəbul edilməsini xahiş edə bilər və həm Azərbaycan, həm də Ermənistan məhkəməyə bu barədə sentyabr ayında vəsatətlər verib.
Cari ilin 14-19 oktyabr tarixlərində keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olub.
Azərbaycan tərəfi bu mərhələdə əsasən 3 təcili məsələ üzrə hüquq pozuntularının bu günədək Ermənistan tərəfindən davam edildiyi barədə faktları məhkəməyə təqdim etmiş və məhkəmənin təcili müdaxiləsini xahiş edib:
Ermənistan tərəfindən bu Konvensiyanın tələbləri kobud surətdə pozularaq işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan minalara dair tam, müfəssəl və dəqiq məlumatların, o cümlədən mina xəritələrinin Azərbaycana verilməməsi (və ya qəsdən natamam məlumatların verilməsini) və bununla da məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasının məqsədli şəkildə qarşısının alınması, bunun da mahiyyət etibarilə etnik təmizləmənin davamı olduğuna görə məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilib. Bilirsiniz ki, hərbi işğala son qoyulmasına baxmayaraq, ötən ilin noyabr ayından başlayaraq bugünədək bu minaların partlanması nəticəsində 160-dan çox soydaşımız həlak olub və ya ciddi xəsarət alıb, onların 65 mülki şəxsdir;
Vətən müharibəsi zamanı işğalçı erməni ordusu tərəfindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki əhalinin hədəfə alması, hərbi əsirlərə işgəncələrin verilməsi və digər cinayətlərlə bağlı təqsirkar şəxslərə qarşı heç bir məsuliyyət tədbirlərinin görülməməsi, cinayətlərin törədilməsini sübut edən dəlillərin toplanmaması və ya hətta məhv edilməsi kimi halların qarşısının alınması üçün məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilib;
Ermənistanda revanşist yönümlü, hərbiləşdirilmiş qrupların Azərbaycana və Azərbaycanlılara qarşı zorakı xarakterli çağırışlar edərək azərbaycanlıları etnik zəmində hədəfə alır. Belə cəhdlər bu gün də sosial şəbəkə və mətbuatda davamlı şəkildə həyata keçirilir. Ermənistan dövlət olaraq bunun nəinki qarşısını almır, hətta onları birbaşa və dolayısı şəkildə dəstəkləyir və bununla da 1965-ci ili Konvensiyasının tələblərini pozur.
Qeyd edilməlidir ki, Ermənistan tərəfindən bu mərhələdə Azərbaycan qarşı irəli sürülən vəsatət əsasən Azərbaycanda saxlanılan, erməni əsilli şəxslərin qeyd şərtsiz azadlığa buraxılmasıdır. Bu tələb onunla əsaslandırılır ki, o şəxslər erməni əsilli olduğu üçün həbsdə saxlanılır. Məsələ ilə bağlı tərəfimizdən bu şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər məhkəməyə təqdim edilib. Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxslərin məsuliyyətə cəlb etməyə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar təqdim edilib. Digər vəsatətlərdə isə bu şəxslərin hüquqlarının təmin edilməsi, erməni xalqına qarşı nifrət nitqinin qarşının alınması (bu kontekstdə Hərbi Qənimətlər Parkının dərhal bağlanması), Azərbaycan ərazisində yerləşən bəzi dini və mədəni abidələrin (hansıları ki, Ermənistan tərəfi erməni abidələri hesab edir) dağıdılmasının qarşısının alınması və sair bu kimi məsələlər qaldırılıb. Hər bir məsələ üzrə Azərbaycan tərəfi və ölkəmizi təmsil edən peşəkar vəkillər öz tutarlı cavablarını, dəlil və sübutlarını təqdim edib.
Bu vəsatətlərlə bağlı məhkəmə qərarı adətən bir neçə həftə ərzində qəbul edilir. Bundan sonra məsələ mahiyyət mərhələsinə keçəcək və növbəti bir neçə il ərzində tərəflərin irəli sürdüyü iddiaların mahiyyətinə baxılacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.
Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürməsini planlaşdırır.
Bilirsiniz ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın əraziləri hərbi işğala, vətəndaşları etnik təmizlənməyə məruz qalmış ölkədir. Azərbaycan haqlı tərəfdir və tərəfimizdən bu işlərin sistemli şəkildə davam etdirilməsi təmin ediləcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək