Tarix: 14-04-2016 11:50 | Bölmə: Gündəm / Xəbərlər

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sensasion açıqlama ilə çıxış edib. Ermənistan İctimai televiziyasının sualını cavablandıran nazir Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mahiyyətini açıqlayıb.
Reyting.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, tərəflərin müzakirə etdiyi işçi sənədlər əvvəllər müzakirə edilmiş olanlardır. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir.
"Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir”, - Nalbandyan belə deyib.
Xatırladaq ki, bir neçə gün öncə virtualaz.org 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürə biləcəyini yazmışdı.
Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdır.
Yerevan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.
Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və Yerevanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək