15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Hikmət Hacıyev: "Vardanyanın sərvətlərimizi talan etməsinə imkan verilməyəcək" - Fotolar (Yenilənib)
Tarix: 13-12-2022 20:30 | Bölmə: Gündəm

Dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib.
Reyting.az XİN-ə istinadla xəbər verir ki, brifinq zamanı, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi nəticəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etirazı ilə bağlı yaranmış vəziyyət barədə iştirakçılara ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
O deyib ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.
H.Hacıyev bildirib ki, son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları çıxış zamanı qətiyyətlə rədd olunub. O, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Ermənistanın sabiq rəhbərləri R.Köçaryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib.

Bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.
Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu bildirilib.
Nazir müavini Elnur Məmmədov çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə ərazilərimizdə faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resurslarının qanunsuz istismarı və qeyri-qanuni iqtisadi fəaliyyət barədə iştirakçılara məlumat verib. Bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlərin cəlb olunduğu, onların sırasında “Base Metals” (“Vallex Group”), “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adları diqqətə çatdırılıb.
Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyətin beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozduğu və Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaratdığı bildirilib. Nazir müavini bu çərçivədə, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı görülən hüquqi tədbirlər barədə məlumat verib.
Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıq olduğu vurğulanıb. Ermənistanın işğal zamanı Sərsəng su anbarında su axımını demək olar ki bağlaması, anbardan kanala suyun yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılması faktları diqqətə çatdırılıb.
Kəlbəcər rayonundakı Söyüdlü, Zəngilan rayonundakı Vejnəli faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarıldığı, təbii sərvətlərimiz mənimsənildiyi, ətraf ərazilərin çirklənməyə məruz qoyulduğu barədə ətraflı məlumat verilib.
Nazir müavini, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə keçmiş işğal olunmuş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət, təbii sərvətlərin qanunsuz istismarı faktlarının qeydə alındığını bildirib.
Sözügedən faktlar nəzərə alınaraq, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin dərhal dayandırılmasının vacib olduğu diqqətə çatdırılıb.
***
"Kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi ikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir: "Son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır".
O, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları rədd edəərk, deyib ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır: "Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb".
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək