15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan və Rusiyanın XİN başçıları Moskada görüşüb - Yenilənib
Tarix: 23-12-2022 18:58 | Bölmə: Gündəm

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.
Reyting.az xəbər verir ki, görüşdən sonra ikili birgə mətbuat konfransı keçirib.
Nazirin sözlərinə görə, Moskvada keçirilməli olan danışıqların üçüncü raundunun baş tutmayacağı barədə bir gün əvvəl xəbər tutub: "Mən Ermənistanın həyata keçirdiyi manipulyasiya kampaniyasına diqqət çəkmək istərdim. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etdi. Demək olar ki, eyni vaxtda Ermənistan nümayəndələri bu barədə geniş ictimaiyyətə məlumat verdilər. Bununla paralel olaraq, Azərbaycanın guya danışıqlardan imtina etdiyi barədə şaiyələr yaydılar. Bu açıq şəkildə göstərir ki, Ermənistan səylərini prosesin özünə deyil, onun imitasiyasına yönəldir. İctimai rəylə manipulyasiya etməyə çalışırlar. Zaman və şərait dəyişsə də, vərdişlər dəyişməyib. Amma bunun Ermənistan tərəfinə nə verdiyi bəlli deyil".
Laçın yolu ətrafında yaranmış vəziyyətə münasibət bildirən nazir onun blokadaya alınması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. "Mövcud faktlarla bunu təkzib etmək asandır".
Ceyhun Bayramov daha sonra Xankəındiyə sığınaraq orada separatizmi qızışdıran milyarder Ruben Vardanyandan danışıb.
Nazir deyib ki, onun fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır: "Regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır. O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".
XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb: "Azərbaycan tərəfi bu istiqamətdə addımlar atıb və bu addımları gələcəkdə də davam etdiriləcək".
Nazir rəsmi irəvana da səslənib: "Biz Ermənistanı öz öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”.
O bildirib ki, tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.
Onun sözlərinə görə, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, Ermənistan hərbçi qulluqçularının ərazimizdə olması hiddət doğurur: "Digər aktual məsələ minalar mövzusudur. Mina terroru davam etdirilir, bu isə etnik təmizləmə siyasətinin davam etdirilməsi deməkdir"
***
"Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”.
Reyting.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.: "Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq".
***
“Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
"Sülh müqaviləsi ilə bağlı müzakirələr bu gün də davam etdiriləcək. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Mütəmadi olaraq görüşmək, danışıqlar aparmaq və bütün məsələləri həll etmək üçün zəmin yaratmaq lazımdır”, - S.Lavrov bildirib/Report.
AzərbaycanXİN başçısı C.Bayramov isə deyib ki, biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik: “Düşünürəm ki, səmərəli müzakirələr aparacağıq. Dövlətlərimiz arasında münasibətlərin qurulmasının yubiley ilinə yekun vurmaq və 2023-cü ilin əvvəli ilə bağlı məsələləri müzakirə etmək imkanımız olacaq. Bu görüşün təşkilinə görə sizə təşəkkür edirəm".
Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.
***
Azərbaycan XİN Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri barədə açıqlama yayıb.
XİN-dən Reyting.az-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Bildirilibki, görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan və Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan tərəfindən sözügedən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin 2 oktyabr tarixində Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qərarlı olduğu bildirilib.
Nazir Sergey Lavrov, Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Nazir Sergey Lavrov, bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək