15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Türk dövlətlərinin liderləri bəyannamə imzalayıb - Mətn - Yenilənib
Tarix: 16-03-2023 18:23 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.
Reyting.az həmin Ankara Bəyannaməsinin mətnini təqdim edir:
“Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 16 mart 2023-cü ildə Ankarada keçirilmişdir.
İclasa Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi etmişdir və iclasda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Zati-aliləri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri Ersin Tatar, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Omuraliev iştirak etmişlər.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları,
6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş Türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək;
Üzv və Müşahidəçi dövlətlərin xalqlarına, eləcə də digər ölkələrə və beynəlxalq təşkilatlara/platformalara zəlzələlərdən daha çox zərər çəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildirərək;
TDT-nin Üzv və Müşahidəçi Dövlətlərinin Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra axtarış-xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsini təqdir edərək;
Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyə üçün Təcili Zəlzələ Yardımı Çağırışının və Türkiyə və Suriyaya qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa İttifaqı (Aİ) Şurasının İsveç Sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransının elan edilməsini alqışlayaraq;
Axtarış və xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsinin, habelə fəlakətlərə cavab olaraq humanitar yardımın çevik çatdırılmasının vacibliyini vurğulayaraq;
“Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq TDT regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyinə diqqət çəkərək;
2021-ci il tarixli TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsinin 51-ci bəndinə uyğun olaraq, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması ilə bağlı 21 dekabr 2022-ci ildə Ankarada AFAD-da keçirilmiş TDT-nin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin Görüşünün nəticələrini alqışlayaraq;
TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsində təsdiq olunduğu kimi, müvafiq nazirliklərə yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə əməkdaşlıq təşəbbüsü barədə göstəriş vermək qərarını xatırladaraq;
“Türk Dünyasına Baxış 2040” sənədində qeyd olunan baxış və məqsədlərin həyata keçirilməsində türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqini yüksək qiymətləndirərək;
Türk dünyasının dəyər və maraqlarını təşviq etmək məqsədilə TDT-nin fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını təsdiq edərək;
Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığının və koordinasiyasının dərinləşdirilməsi və gücləndirilməsində TDT-nin daim artan mərkəzi rolunu vurğulayaraq;
Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanları nəzərdən keçirməyi üzərinə götürərək;
11 noyabr 2022-ci ildə keçirilmiş və TDT-nin transformasiyasında və Türk dünyasının gələcək inteqrasiyasında daha bir əlamətdar hadisə olan tarixi Səmərqənd Zirvə görüşünün uğurlu təşkil olunmasına görə Özbəkistan Respublikasının sədrliyini yüksək qiymətləndirərək; və Sədrliyin həmrəyliyin gücləndirilməsinə, eləcə də TDT Üzv və Müşahidəçi Dövlətlərinin xalqlarının sülh, sabitlik, təhlükəsizlik və rifahının təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləmək əzmində olduqlarını vurğulayaraq;
Respublikanın yaradılmasının yüzilliyi və Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi münasibətilə Türkiyə Respublikasını təbrik edərək;
Novruz bayramı və Müqəddəs Ramazan bayramı münasibətilə bütün Üzv və Müşahidəçi Dövlətlərin xalqlarına rifah və firavanlıq arzularını bildirərək;
Bəzi ölkələrdə müsəlmanların müqəddəs dəyərlərinə qarşı son vaxtlar törədilən nifrət cinayətlərindən təşvişə düşərək; və bununla əlaqədar olaraq, müxtəlif inanclara və mədəniyyətə malik insanlar arasında dinc yanaşı yaşama, dialoq və harmoniyanı qorumaq üçün müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin mühüm əhəmiyyətini vurğulayaraq;
bəyan etdilər ki, onlar:
1. Zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə Xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər;
2. Üzv və Müşahidəçi Dövlətlər, eləcə də dünyanın hər yerindən digər ölkələr və beynəlxalq təşkilatlar/platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar; və aramsız səyləri ilə bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər;
3. TDT-yə Üzv və Müşahidəçi Dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqlarını bildirdilər;
4. Zəlzələlərdən zərər çəkmiş şəxslərə nə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını təkrarladılar;
5. 20 mart 2023-cü ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ Komissiyası və Aİ Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər;
6. Baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər;
7. Qeyd etdilər ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq; bu səyləri daha yaxşı bərpa etmək və enerji səmərəliliyi prinsipləri əsasında qurmaq istəyini/əzmini alqışladılar; Türk dünyasında daha dayanıqlı, davamlı və yaşıl inkişafın vacibliyini vurğuladılar və ictimai malların canlandırılmasında ağıllı şəhərlərin xüsusi rolunu tanıdılar;
8. Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunmasını qiymətləndirdilər və ŞKTR-nin TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakını qeyd etdilər;
9. TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışladılar;
10. Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn ümumi və prezident seçkilərinin, eləcə də Özbəkistanda referendumun uğurla başa çatacağına əmin olduqlarını bir daha təsdiq etdilər;
11. Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir və gələcək seçkilərdə uğurlar arzu edirlər;
12. UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;
13. Bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar;
14. Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər;
15. TDT Katibliyinin fəaliyyətində əldə edilmiş mühüm nailiyyətləri təqdir etdilər və Üzvlər tərəfindən qəbul olunmuş sənədlərdə təyin və təsbit edilmiş vəzifələrinin həyata keçirilməsi üçün Katibliyin potensialını daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğuladılar;
16. TDT Üzv dövlətlərin Xarici İşlər nazirliklərinə və digər aidiyyəti qurumlara Qazaxıstanda keçiriləcək TDT-nin qarşıdan gələn 10-cu Zirvə görüşünə hazırlıq işlərini sürətləndirmək üçün göstəriş verməyə razılaşdılar;
Qazaxıstan TDT-nin 10-cu Zirvə görüşünə 2023-cü ilin oktyabr ayında Qazaxıstan Respublikasının Türkistan şəhərində ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq etdi.
TDT-nin Dövlət Başçıları Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana TDT-nin Ankara Fövqəladə Zirvə görüşünün uğurla yekunlaşan müzakirələrinə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir və Türkiyə Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər.
TDT-nin Baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.
16 mart 2023-cü ildə Ankara şəhərində Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Qırğız Respublikasının Prezidenti Sadır Japarov
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək