Altı ölkədən Azərbaycana ət idxalına məhdudiyyət qoyulub
Tarix: 08-08-2025 17:34 | Bölmə: İqtisadiyyat
Altı ölkədən Azərbaycana ət idxalına məhdudiyyət qoyulub

Altı ölkədən Azərbaycana ət idxalına məhdudiyyət qoyulub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyənin Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistanın Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstanın Köstəndil vilayətində, Polşanın Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində və Cənubi Afrikanın Qərbi Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə, AQTA tərəfindən adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim Telegram kanalımıza




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb