Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-01-2026 09:10 | Bölmə: İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra qızıl qiymətlərinin artımı Kremlə təxminən 200 milyard dollardan çox gəlir gətirib.
Reyting.az xəbər verir ki, "Bloomberg" analitiklərinin hesablamalarına görə, 2022-ci ilin fevral ayından Rusiya Mərkəzi Bankının qızıl ehtiyatlarının dəyəri 216 milyard dollar artıb.
Müqayisə üçün vurğulanır ki, bu məbləğ Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiyanın suveren aktivlərinə (təxminən 244 milyard dollar) yaxındır.
Qeyd edək ki, ötən ilin sonunadək Rusiyanın beynəlxalq ehtiyatları 755 milyard dollara çatıb. Üstəlik, bu kapital ehtiyatlarının 326,5 milyardı ancaq qızılda saxlanılır. Beləliklə, məlum olub ki, Rusiya dövləti ildə 300 tondan çox qızıl hasilatı ilə dünya ölkələri arasında ikinci ən böyük qızıl istehsalçısına çevrilib.
2022-ci ildən sonra Rusiya Federasiyasının qızılı Qərb bazarlarından kənarlaşdırılsa da, hələ ki, monetizasiya imkanları qalır. Ötən il qızılın qiyməti 65 faiz artıb və 1979-dan bəri ən güclü illik yüksəlişi göstərib.
Analitiklər bildiriblər ki, 2022-2025-ci illər ərzində Rusiyanın qızıl ehtiyatlarının dəyəri demək olar, iki dəfədən də çox artıb, o cümlədən valyuta ehtiyatları təxminən 14 faiz azalıb. Bu göstərici o deməkdir ki, Rusiyada qızılın ehtiyatlardakı payı müharibədən əvvəlki 21 faizdən 43 faizə yüksəlib.
Qeyd olunur ki, Rusiyanın Maliyyə Nazirliyinin bu cür uzunmüddətli perspektivdə uğurlu gözləntiləri var və hazırda bu ölkədə qızılın unsiyasının 5000 dollara çata biləcəyini proqnozlaşdırırlar.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər