Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2026 15:10 | Bölmə: İqtisadiyyat

"VTB Azərbaycan" 2025-ci ildə 9 milyon 111 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ildə 9 milyon 538 min manat təşkil edib.
Reyting.az Valyuta.az-a istinadla xəbər verir ki, bankın xalis mənfəəti 427 min manat və ya 4,47 faiz azalıb.
Bankın cəmi aktivləri də azalıb. 2024-cü ildə 317 milyon 98 min manat olan aktivlər 2025-ci ilin sonuna 306 milyon 222 min manata enib. Bu isə 10 milyon 876 min manat və ya 3,43 faiz azalma deməkdir.
Aktivlərdəki azalmanın əsas səbəbi nağd pul vəsaitləri və onların ekvivalentləri üzrə göstəricidəki ciddi geriləmədir - bu göstərici 2024-cü ildə 47 milyon 731 min manat, 2025-ci ildə isə cəmi 17 milyon 534 min manat olub. Azalma 30 milyon 197 min manat və ya 63,2 faizdir.
Kredit portfelində də daralma qeydə alınıb. Biznes kreditləri 2024-cü ildə 78 milyon 533 min manat ikən, 2025-ci ildə 67 milyon 536 min manat təşkil edib. Bu, 10 milyon 997 min manat və ya 14 faiz azalma deməkdir. Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlər 2024-cü ildə 10 milyon 239 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 7 milyon 166 min manata düşüb (30%-lik azalma).
Cəmi öhdəliklər - 2024-cü ildə 216 milyon 112 min manat olan öhdəliklər 2025-ci ilin sonuna 196 milyon 290 min manata enib. Öhdəliklərdəki azalma əsasən depozitlərin geriləməsi ilə bağlıdır. 2024-cü ildə 114 milyon 153 min manat olan depozitlər, 2025-ci ildə 101 milyon 814 min manata düşüb (12 milyon 339 min manat və ya 10,8% azalma).
Hüquqi şəxslərin depozitləri üzrə daha çox azalma müşahidə olunur - 2024-cü ildə 44 milyon 105 min manat, 2025-ci ildə isə 26 milyon 552 min manat. Bu isə 17 milyon 553 min manat və ya 39,8 faiz azalma deməkdir.
Bununla belə, faiz gəlirlərində artım müşahidə olunub. 2024-cü ildə 32 milyon 612 min manat olan faiz gəlirləri, 2025-ci ildə 40 milyon 446 min manata yüksəlib - bu da 7 milyon 834 min manat və ya 24 faiz artım deməkdir. Qeyri-faiz gəlirləri isə nisbətən stabil qalıb – 2024-cü ildə 14 milyon 790 min manat, 2025-ci ildə isə 14 milyon 896 min manat olub (0,7% artım).
Eyni zamanda, faiz və qeyri-faiz xərcləri də artıb. Faiz xərcləri 8 milyon 483 min manatdan 10 milyon 89 min manata yüksəlib (1 milyon 606 min manat və ya 18,9% artım), qeyri-faiz xərcləri isə 29 milyon 845 min manatdan 34 milyon 148 min manata qalxıb (4 milyon 303 min manat və ya 14,4% artım).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər