Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-01-2026 21:03 | Bölmə: İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Dünya Bankı ilə ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Məlumata görə, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd olunub. Eləcə də, SOCAR-ın Dünya Bankının "2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi" təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.


Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər