62 maşın hərraca çıxarılıb
Tarix: 31-10-2025 17:03 | Bölmə: İqtisadiyyat
62 maşın hərraca çıxarılıb

Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Reyting.az
xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

XİN, Müdafiə Nazirliyi və sair qurumların sərəncamında olan və  ümumi dəyəri 160 min 295 manat olan 62 nəqliyyat hərrac vasitəsi ilə satılacaq.

Maşınların siyahısı ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:

My Webpage




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb