Günəş energetikasında hansı ölkə liderdir?
Tarix: 19-11-2025 19:39 | Bölmə: İqtisadiyyat
Günəş energetikasında hansı ölkə liderdir?

Qlobal günəş energetikası sahəsi sürətlə genişlənir. “Solar Power Tracker” analitik informasiya mərkəzinin və “Global Energy Monitor”un məlumatlarına görə, ölkələrin fəaliyyət göstərən və planlaşdırılan layihələri üzrə ümumi günəş enerjisi gücü 2,9 milyard kilovata çata bilər. Bu potensialın 80 faizi 15 ölkənin payına düşür.

Reyting.az
xəbər verir ki, Çin həm mövcud, həm də yaxın gələcəkdə planlaşdırılan günəş enerjisi gücünə görə dünya lideridir.

Çinin təkcə planlaşdırılan layihələri demək olar ki, qlobal gələcək günəş gücünün 35 faizini təşkil edir. Bundan əlavə, bu ölkənin günəş panelləri üçün lazım olan material və komponentlərin 80 faizdən çoxunu özü istehsal etdiyi bildirilir.

ABŞ və Hindistan kimi ölkələr də illərdir ki, bu sahədə fəal çalışır və böyük dövlət proqramlarının dəstəyi ilə sürətli artım nümayiş etdirirlər. ABŞ-da “Inflation Reduction Act”, Hindistanda isə Milli Günəş Missiyası genişmiqyaslı layihələrin inkişafına təkan versə də, bu ölkələrin ümumi potensialı Çinin mövcud göstəricilərindən hələ də xeyli geri qalır.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb