Aİİ ölkələri turizmin inkişafı konsepsiyasını hazırlayır
Tarix: 28-11-2025 08:49 | Bölmə: İqtisadiyyat
Aİİ ölkələri turizmin inkişafı konsepsiyasını hazırlayır

Hazırda dünya üzrə orta göstərici 10 faiz olan turizm Avrasiya İqtisadi İttifaqının (Aİİ) ÜDM-inə təxminən 3 faiz töhfə verir.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, bu barədə Aİİ-nin Sahibkarlığın inkişafı departamentinin direktor müavini Lusine Baqratuni turizm operatorlarının Soçidə keçirilən III Beynəlxalq Konqresində çıxışında məlumat verib.

Aİİ nümayəndəsi deyib ki, hazırda yeni inteqrasiya olunmuş informasiya resursunun hazırlanması tamamlanmaq üzrədir: “Bu resurs Aİİ-yə üzv dövlətlərin milli turizm portallarının dosyelərini, eləcə də marşrut və turistik yerlər haqqında aktual məlumatları özündə birləşdirəcək”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb