300 milyard dollarlıq qızıl mübahisə doğurub
Tarix: 29-11-2025 09:10 | Bölmə: İqtisadiyyat
300 milyard dollarlıq qızıl mübahisə doğurub

İtaliya Respublikasında dövlət səviyyəsində qalmaqala və digər Avropa ölkələri arasında ciddi narazılığa səbəb ola biləcək bir açıqlama yayılıb. Ölkənin siyasi elitası 300 milyard dollar dəyərindəki qızıl ehtiyatının hansı dövlətə məxsus olması ilə bağlı yekun qərarın verilməsi üçün müzakirələrə başlamağı təklif edib.

Reyting.az
-ın məlumatına görə, İtaliya hökumətinin tərəfdaşı kimi tanınan “İtaliya Qardaşları” partiyası bəyan edib ki, onlar həmişə İtaliyada saxlanılan və yalnız bir ölkənin - məhz İtaliyanın - haqqı sayıla biləcək, dəyəri 300 milyard dollar olan qızıl ehtiyatlarının rəsmi şəkildə dövlətin balansına keçirilməsi ilə bağlı təklif irəli sürüblər. Lakin bir çox analitiklər və tənqidçilər bunun Avropa İttifaqının qaydalarını poza biləcəyini qeyd ediblər.

Təkliflə bağlı açıqlama verən senator Luçio Malanın sözlərinə görə, qanun dəyişikliyi ehtiyatların satılmasının və ya başqa məqsədlərlə istifadəsinin qarşısını almağa yönəlib.

Senator xatırladıb ki, 2 452 ton göstərici ilə İtaliya dünyanın üçüncü ən böyük qızıl ehtiyatına sahibdir.

Partiya 2026-cı il büdcəsinə dəyişiklik təklif etməklə hökumətdən qızılın dövlət adından idarə olunmasını da istəyib.

Mübahisə yaradan əsas məqamlardan biri budur ki, Avropa İttifaqı 2019-cu ildə xəbərdarlıq etmişdi: istənilən üzv ölkə tərəfindən mərkəzi bankların müstəqilliyinə müdaxilə qurumun qaydalarına tamamilə ziddir.

Senator Malan vurğulayıb ki, əsas məqsəd qızılı satmaq deyil, onun təhlükəsiz şəkildə idarə olunmasını təmin etməkdir. Lakin dövlət bankı olan “Bank of Italy” bildirib ki, ehtiyatlardan kredit almaq üçün və ya zərurət yaranarsa, müəyyən həcmdə qızılı satmaqla həm də Avropa valyutası - avronun dəstəklənməsi mümkün ola bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb