Vəzifəli şəxslər cərimələnib
Tarix: 03-12-2025 11:47 | Bölmə: İqtisadiyyat


Mərkəzi Bank"İnternational" ASC və "M Bulak" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Reyting.az xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "İnternational"ın vəzifəli şəxsi 10 min manat, 598.1.2-ci maddəsinə əsasənisə "M Bulak"ın vəzifəli şəxsi 2 min manat cərimələnib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb