Dövlət, kommersiya və vergi sirrini yayan işçilər cəzalanacaq
Tarix: 03-12-2025 14:27 | Bölmə: İqtisadiyyat


Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam həcmdə maddi məsuliyyət daşıyacaqlar.

Reyting.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qüvvədə olan qanuna əsasən, işçi işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

Dəyişikliyə əsasən, işçi dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda tam maddi məsuliyyət daşıyacaq.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb