“Samsung” smartfonların reytinqini aşağı salır
Tarix: 12-12-2025 10:06 | Bölmə: İqtisadiyyat

“Samsung” smartfonların reytinqini aşağı salır

Dünyaca məşhur “Samsung” şirkəti “Apple” ilə rəqabətə görə smartfonlarına yeni funksiyalar təqdim etmək planlarından imtina edib.

Reyting.az xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri yazıb.

Qeyd olunur ki, Cənubi Koreyanın informasiya texnologiyaları (İT) nəhəngi yeni “Galaxy S26” smartfonlarını sələfləri ilə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirməyi planlaşdırır.

Şirkət həmçinin cihazların qiymətlərini bir qədər artırmağı da hədəfləyir.

Bununla belə, “Apple”-nin yeni “iPhone”-ların qiymətlərini dəyişdirməməsi səbəbindən “Samsung” yeniləməyə qarşı qərar verib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb