Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-12-2025 14:13 | Bölmə: İqtisadiyyat

Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb.
Reyting.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə müxtəlif nominal strukturlarda kağız və metal pul nişanları tədavülə buraxılıb. Bu məqsədlə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldedir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: http://cbar.az/moneymarks/banknotes?category=1" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes?category=1
500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.
Xatirə banknotunun ön tərəfində "Qarabağ Azərbaycandır!" şüarı, "8 Noyabr Zəfər Günü" ifadəsi, Qarabağın təbii və tarixi abidələri olan Cıdır Düzü, Xudafərin körpüsü, Azərbaycan əsgərinin təsviri, üçrəngli bayraq və Xarıbülbül əks olunub. Arxa tərəfdə isə Molla Pənah Vaqifin məqbərəsi, Əsgəran qalası, Murovdağ və Azərbaycanın xəritəsi təsvir edilib: http://cbar.az/moneymarks/banknotes/detail/147" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes/detail/147
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən buraxılmış bütün pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin aparılması zamanı qəbul edilməlidir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər