Tallin maraqlı təklif irəli sürüb
Tarix: 15-12-2025 08:23 | Bölmə: İqtisadiyyat

Tallin maraqlı təklif irəli sürüb

Estoniya Rusiya qazından imtinaya görə Macarıstana pul ödəməyi təklif edib.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Estoniya prezidenti Alar Karis bəyan edib ki, onun ölkəsi Rusiya qazından imtina edəcəyi təqdirdə Macarıstana maliyyə yardımı etməyə hazırdır.

“Avropa İttifaqı enerji təchizatı da daxil olmaqla Rusiyaya təzyiqi artırmalıdır”,- deyən Karis baş nazir Viktor Orbanın “ölkəsinin gələcəkdə kifayət qədər ucuz enerjiyə malik olmasını təmin etmək üçün” Rusiya paytaxtına səfərini xatırladıb.

O, Budapeşti bu ssenaridən əl çəkməyə çağırıb: “Bəlkə də Macarıstana müqavilənin ləğvi ilə bağlı cərimələri ödəməyə kömək etməliyik”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb