Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-12-2025 12:35 | Bölmə: İqtisadiyyat

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib.
Reyting.az xəbər verir ki, bu rəy Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında təsdiqlənib.
Bildirilib ki, rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.
Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.
Kollegiya iclasında, həmçinin "Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi" müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.
İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb.
Qeyd edək ki, 2026-cı ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (11,1 % az) olması proqnozlaşdırılır.
2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən, gələn il Fondun xərclərinin 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfert, 7,1 milyon manatını "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın, 99,2 milyon manatını "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın və 32,8 milyon manatını "Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər