Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
Tarix: 16-12-2025 10:20 | Bölmə: İqtisadiyyat

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib

Mərkəzi Bank "Hacıoğlu" və "Yeni Daşkənd" kredit ittifaqlarının vəzifəli şəxslərini cərimələyib.

Reyting.az xəbər verir ki, kredit ittifaqları 2025-ci ilin III rübünə aid maliyyə hesabatlarını gecikmə ilə təqdim etdiyindən, "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməyib, bu səbəbdən "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit itifaqlarına hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb