İlon Maskın sərvəti 600 milyard dolları keçib
Tarix: 17-12-2025 09:01 | Bölmə: İqtisadiyyat

İlon Maskın sərvəti 600 milyard dolları keçib

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxsdir.

Reyting.az xəbər verir ki, "Forbes" jurnalının yazdığına görə, milyardların artmasına əsas səbəb biznesmenə məxsus olan "SpaceX" kosmik şirkətinin dəyərinin sürətlə artması olub.

Nəşr həmçinin qeyd edib ki, xüsusilə də son tender təklifi "SpaceX"i 800 milyard dollar dəyərində qiymətləndirib və bunun nəticəsində İlon Maskın sərvəti 677 milyard dollara yüksəldib.

Maskın "SpaceX" şirkətindəki özəl payı hazırda onun ən dəyərli aktivi sayılır ki, bu da şirkətin 2026-cı ildə "IPO", yəni ilkin kütləvi təklif keçirməsinə şərait yaradır. Bir çox ekspertlərin fikrincə, həmin ərəfədə şirkətin dəyəri təxminən 1,5 trilyon dollara çata biləcək.

"Forbes" nəşrinin xatırlatmasında xüsusilə vurğulanır ki, bu, heç də yeganə, birtərəfli gəlir sahəsi deyil, çünki Maskın "Tesla" və "xAI" şirkətlərindəki payları milyarderin sərvətinin əsas hissəsini təşkil edir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb