Maliyyə Nazirliyi 1.2 milyona ofis icarəyə götürəcək
Tarix: 17-12-2025 12:17 | Bölmə: İqtisadiyyat

Maliyyə Nazirliyi 1.2 milyona ofis icarəyə götürəcək

Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək məqəsdi ilə tender müsabiqəsi elan edib.

Reyting.az Yeniavaz.com-a istiandla xəbər verir ki, nazirliyin 8-ci zonada icarəyə götürmək istədiyi ofisin sahəsi 1 500 kv. metr olmalıdır.

Qeyd edək ki, nazirlik 30 ay üçün icarəyə götürəcəyi ofisə 1 milyon 133 min 250 manat ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).

Rəqəmlərdən də göründüyü kimi, nazirlik icarəyə götürəcəyi 1 500 kv. metr ofis üçün ayda 37 min 775 manat ödəmək istəyir.
Bildirilir ki, icarəyə götürüləcək qeyri-yaşayış binasında azı 85 otaq, həmçinin istirahət otağı, lift və 6 mətbəx olmalıdır





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb