Vəzifəli şəxslər cərimə olunublar
Tarix: 17-12-2025 13:05 | Bölmə: İqtisadiyyat

Vəzifəli şəxslər cərimə olunublar

Mərkəzi Bank "Caspian İnvest" və "Effektinvest" MMC-lər, eləcə də "Finex Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

Reyting.az xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Caspian İnvest"in vəzifəli şəxsi 1 500 manat, "Effektinvest"in vəzifəli şəxsi 4 500 manat, Finex Kredit"in vəzifəli şəxsi isə 8 000 manat cərimə olunub





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb