Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəmi inşa edir
Tarix: 22-12-2025 08:06 | Bölmə: İqtisadiyyat

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəmi inşa edir

Türkiyə TCG Anadolu-nun böyük bacısı olacaq 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Dəniz Gəmi Təmiri Komandanlığında dəniz platformalarının istismara verilməsi, bayraqqaldırma və ilk metalkəsmə mərasimində danışıb.

“Havada güclü və dənizdə təsirli olmadan quruda çəkindirici qüvvə olmaq mümkün deyil. Biz bütün bu sahələrdə güclü mövcudluğu nümayiş etdiririk”,- deyən Ərdoğan qeyd edib ki, Türkiyə proqram təminatının hazırlanmasından tutmuş seriyalı istehsala qədər bütün prosesləri öz milli resurslarından istifadə etməklə həyata keçirir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb