Deputat: "Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb"
Tarix: 23-12-2025 12:16 | Bölmə: İqtisadiyyat

Deputat: "Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb"

Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb.

Reyting.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi isə 11 dəfə artıb: "Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33 trilyon dollaradək yüksəlib. Yəni həmin müddətdən qlobal ticarət 3,6 dəfə artıb. Deməli, Azərbaycanın ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb".

Deputat Azərbaycanın fiskal gəlirlərindəki, eləcə də qeyri-resurs ÜDM-dəki yüksək artıma da diqqət çəkib: "Bu ondan xəbər verir ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımızda, eləcə də digər makroiqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib".





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb