Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Tarix: 23-12-2025 14:12 | Bölmə: İqtisadiyyat

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir

1990-cı illərdən sonra ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

Reyting.az xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun - iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.(APA)





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb