Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-12-2025 17:21 | Bölmə: İqtisadiyyat

Rusiyanın neft ixracı son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb. Lakin son vaxtlar xam neftin alıcılara çatdırılmasında ciddi çətinliklər yaranıb. Nəticədə neft yükləri Hindistan və Çin sahillərində lövbər salmış tankerlərdə toplanır.
Reyting.az “Bloomberg”ə istinadla xəbər verir ki, avqustun sonundan bəri dənizdə qalan Rusiya neftinin həcmi təxminən 50 faiz artıb.
Rekord ixrac göstəricilərinə baxmayaraq, Rusiya neftini daşıyan ən azı 20 tanker Çin və Hindistan limanlarına daxil olmaq üçün icazə gözləyir. Digər tankerlər isə yüklərini təhvil vermək üçün aylarla vaxt sərf ediblər.
Hazırda tankerlərdə ümumilikdə 185 milyon bareldən çox Rusiya nefti toplanıb.
Hesablamalara görə, Rusiya 21 dekabrda başa çatan dörd həftə ərzində gündə orta hesabla 3,87 milyon barel neft ixrac edib. Bu artım əsasən Baltik dənizində yerləşən Primorsk limanından neft göndərişlərinin bərpası ilə əlaqələndirilir.
Əlavə ixrac həcmləri qismən daxili emalın azalması ilə izah olunur. Ukrayna dronlarının hücumları nəticəsində neft emalı zavodlarının fəaliyyəti mövsümi normalardan aşağı düşüb. Bu hücumlardan biri də Rusiyanın ən böyük yanacaq istehsalçılarından sayılan Yaroslavl neft emalı zavodunu hədəf alıb.
Qiymətlərin aşağı düşməsi Moskvanın çətinliklərini daha da artırır. Rusiya neftinin qiyməti qlobal bazarlardakı qiymətlərlə müqayisədə daha sürətlə enir. Əhəmiyyətli endirimlər təklif etmək zərurəti səbəbindən Urals markalı xam neftin qiyməti iyulun ortalarındakı pik səviyyə ilə müqayisədə təxminən 40 faiz, yəni 25 dollar ucuzlaşaraq bareli 34 dollara düşüb.
Rusiya xam neftinin dənizdə toplanması ABŞ-nin Venesueladan sanksiyaya məruz qalmış xam neft daşıyan tankerlərə qarşı tədbirləri sərtləşdirməsi ilə eyni vaxta təsadüf edir. Bu addımlar Rusiya neftinin göndəriciləri və alıcıları arasında narahatlıq yaradır, çünki onlar yüklərinin də hədəfə alına biləcəyindən ehtiyat edirlər.
Rusiya neftinin Çin və Hindistana rəsmi tədarük həcmləri azalsa da, bu azalma son təyinat məntəqəsi göstərilməyən gəmilərdəki neft həcminin artması ilə kompensasiya olunur. Hazırda dənizdə “dəqiqləşdirilməmiş” istiqamətə gedən tankerlərdə Çin, Hindistan və ya Türkiyəyə yollanan gəmilərdə olduğundan daha çox Rusiya nefti mövcuddur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər