“Samsung” smartfonların qiymətini artıracaq
Tarix: 29-12-2025 12:02 | Bölmə: İqtisadiyyat

“Samsung” smartfonların qiymətini artıracaq

“Samsung” şirkəti smartfonun istehsal xərclərinin kəskin artması ilə üzləşib. Şirkət əmək haqqı və marketinq xərclərini artırıb, eyni zamanda komponentlərin qiymətləri yüksəlib. Bu isə şirkətin qiymətləri qaldırmasına səbəb ola bilər.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, adı açıqlanmayan mənbənin sözlərinə görə, Koreya informasiya texnologiyaları (İT) nəhənginin yeni smartfonların buraxılışını 2026-cı ilin əvvəlindən fevral ayının sonuna təxirə salmasının səbəblərindən biri də gözlənilən qiymət artımıdır.

Onu da qeyd edək ki, şirkət yeni seriyanı təşkil edəcək modellər: “Galaxy S26”, “Galaxy S26+” və “Galaxy S26 Ultra” barədə qərar verib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb