Azərbaycanda yaşayış minimumu təsdiqlənib
Tarix: 29-12-2025 14:37 | Bölmə: İqtisadiyyat

Azərbaycanda yaşayış minimumu təsdiqlənib

Gələn il üçün Azərbaycanda yaşayış minimumu 300 manat olacaq.

Reyting.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb