Kompüter komponentləri bahalaşıb
Tarix: 30-12-2025 00:17 | Bölmə: İqtisadiyyat

Kompüter komponentləri bahalaşıb

Süni intellektin sürətli inkişafı kompüter komponentləri bazarında ciddi çatışmazlıq və qiymət artımına səbəb olub.

Reyting.az-ın məlumatına görə, istehsalçılar daha gəlirli hesab edilən "High Bandwidth Memory" yaddaşına üstünlük verdiyi üçün "DDR5" operativ yaddaşının, eyni zamanda "SSD" proqramının istehsalı çox sürətlə azalıb. Nəticədə "DDR5" yaddaş dəstlərinin qiyməti 3 dəfə və tədarük kanallarında isə 500 faizə qədər artıb.

Texnologiya bazarından verilən son məlumatlara görə, "SSD" bazarında yüksək dəyişikliklər səbəbindən "NAND" çiplərinin bahalaşması nəzərdə tutulmayan dərəcədə qiymət artımı yaradıb. Analitiklər bildiriblər ki, bu gedişlə, yaxın illər ərzində ucuzlaşma gözləmir, əksinə, əlavə bahalaşma proqnozlaşdırırlar.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb