Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-12-2025 14:31 | Bölmə: İqtisadiyyat

Şimali Amerikada yeni təchizat mənbələrinin açılması 2025-ci ildə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ixracını artırıb.
Reyting.az xəbər verir ki, bu barədə “Kpler” analitik şirkətinin hesabatında bildirilir.
Hesablamalara görə, 2025-ci ildə LNG ixracı ötən illə müqayisədə 4 faiz artaraq 429 milyon tona çatıb. Bu, ixracın 4,5 faiz artdığı 2022-ci ildən bəri ən yüksək illik artımdır. Artım əsasən ABŞ-dakı LNG Canada və Plaquemines layihələrində istehsalın artması ilə əlaqədardır.
ABŞ aparıcı ixracatçı statusunu möhkəmləndirməyə hazırdır və bu il 100 milyon tondan çox LNG göndərən ilk ölkə olacaq. Ölkə onilliyin sonuna qədər daşımaları, istehsalı və ixracı artıracaq. Bu isə Asiya və Avropada qazın ucuzlaşmasına səbəb olacaq.
Məlumata görə, Asiyada qiymətlər artıq bir ilin ən aşağı həddinə yaxınlaşır, Avropada isə ilin əvvəlindən bəri 40 faiz ucuzlaşma qeydə alınıb.

Əlavə istehsal ultra soyuq yanacaq daşıyan gəmilərə tələbatı daha da artıra bilər. Qeyd olunur ki, ötən ay Atlantik okeanı üzərindən LNG daşınmasının dəyəri təxminən iki ilin ən yüksək səviyyəsinə çatıb, çünki təklifin kəskin artması tankerlərə tələbatı artırıb.
“Kpler”ə görə, dekabr ayında LNG ixracı təxminən 41 milyon ton ola bilər. Çin və Yaponiya bu il birinci yeri bölüşərək dünyanın ən böyük alıcıları olaraq qalırlar. Lakin Pekinin ümumi idxalı 2024-cü illə müqayisədə təxminən 15 faiz azdır.
Bildirilir ki, Misirin LNG idxalı artır. İlin sonuna qədər Qahirənin bu il təxminən 8,9 milyon ton LNG alması gözlənilir ki, bu da keçən illə müqayisədə üç dəfədən çoxdur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər