Azərbaycanın 25 milyarddan çox borcu var
Tarix: 05-01-2026 14:39 | Bölmə: İqtisadiyyat

Azərbaycanın 25 milyarddan çox borcu var

2025-ci il 1 dekabr tarixinə Azərbaycanın ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb