Mərkəzi Bankın valyuta ehtiyatı 81 milyon dollar artıb
Tarix: 07-01-2026 10:19 | Bölmə: İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatı 81 milyon dollar artıb

2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.

Reyting.az xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0.71% və ya 81.1 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları əvvəlki illə müqayisədə 5.1% və ya 555.4 milyon ABŞ dolları artıb.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb