Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
Tarix: 07-01-2026 19:23 | Bölmə: İqtisadiyyat

Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Reyting.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Xatırladaq ki, Azərbaycanın 1 300 ton "Aİ-95" markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb