Ukraynanın dövlət borcu sürətlə artır
Tarix: 05-02-2026 07:49 | Bölmə: İqtisadiyyat

Ukraynanın dövlət borcu sürətlə artır

2025-ci ilin sonunda Ukraynanın ümumi dövlət borcu 9,04 trilyon qrivna, yəni 213,3 milyard dollar olub.

Reyting.az xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, borc bir il ərzində çox sürətlə - 29,5 faiz artıb. Borc artımı əsasən G7 ölkələrindən alınan 37,9 milyard dollar kreditin payına düşür.

Borcun 75 faizi xaricidir və ən əsas hissəsi Avropa İttifaqınadır. Bu, həm də Ukrayna borcunun yarıdan çoxunun Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklər olduğu anlamına gəlir.

Aİ-dən alınmış kreditlərin ödənişləri təxminən 11-12 ildən sonra başlayacaq, eyni zamanda bütün faizlər Aİ tərəfindən ödənilə bilər. 

Digər bir məlumatda qeyd olunur ki, Aİ-nin Elmi-Tədqiqat və İnnovasiya məkanı "ERA" kreditlərini sanksiyalar nəticəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına bağlamağı və Rusiya işğalı səbəbindən çox ağır duruma düşən Ukraynaya yardım göstərməyi planlaşdırılır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb