Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-02-2026 08:55 | Bölmə: İqtisadiyyat

Amerikalı milyarder İlon Maska məxsus olan "SpaceX" öz internet şəbəkəsi "Starlink" üçün nəzərdə tutulan, hər yerdə işləyə biləcək yeni telefon istehsal edəcək.
Reyting.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, "SpaceX" şirkəti artıq yaxın vaxtlarda "Starlink" xidmətini yeni bazarlara çıxarmağı planlaşdırır.
Şirkət öz telefonunu yaratmaq və mobil cihazları birbaşa keyfiyyətli peyk interneti ilə təmin etməklə yanaşı, həm də kosmik obyektlərin izlənməsi üçün xidmətini təqdim edəcəyini bildirib.
"SpaceX" nümayəndələri qeyd ediblər ki, yaxın vaxtlarda şirkət ilkin səhm buraxılışını reallaşdırmaq fikrindədir.
Lakin "Starlink" şəbəkəsinə birbaşa qoşula biləcək mobil cihazın hazırlandığı barədə məlumat olsa da, detalları və buraxılış vaxtı ilə bağlı açıqlama verilməyib. Şirkətin sahibi İlon Mask deyib ki, bu telefon tamamilə adi smartfonlardan fərqli olacaq, üstəlik, cihaz neyron şəbəkələr üçün optimallaşdırılacaq.
"Starlink" məhsulu "SpaceX" şirkətinin əsas gəlir mənbəyi sayılır. Məlumata görə, keçən il Maskın şirkəti 16 milyard dollar gəlirdən 8 milyard dollar təmiz qazanc əldə edib ki, bunun da 50-80 faiz gəliri "Starlink" internet şəbəkəsi vasitəsilə əldə olunub.
"SpaceX" həm də "direct-to-device" texnologiyasını inkişaf etdirməklə kapitalını artırır. Elə buna görə də, 9500 peykdən 650-si birbaşa mobil cihazlarla əlaqə üçün nəzərdə tutulub ki, burada da əsas məqsəd dünya üzrə mobil əhatəni təmin etməklə, qlobal liderə çevrilməkdir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər